Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Dərimiz mövsüm keçidlərindən olduqca çox təsirlənir. Yazda havada uçuşan polen çiçəkləri dəridə allergik reaksiyaya səbəb ola bilər. Dərinin qabıqlaması, qızartılar meydana gəlir. Dəridəki bu dəyişikliklərin səbəbi sadəcə yay aylarının gəlməsi, fəsil dəyişikliyi, günəşin təsirləri, ya da qidalanma şəkilləri də ola bilər.
Yazda dəri fərqli allergik reaksiyalar göstərə bilər. Qan dövranı sürətlənməyə başladığında bədəndə hormonal dəyişikliklər yaranır və dəri həssaslaşa bilir. Təbii ki, bəzi tədbirlərlə dəridəki bu problemlərin qarşısını ala bilərsiniz.
Fəsil keçidlərində dərini təmizləmək, canlandırmaq üçün kimyəvi pilinq tətbiq edə bilərsiniz. Kimyəvi pilinq quruyan dərini ölü təbəqələrdən ayırır və istifadə edilən nəmləndiricinin dəriyə hopmasını asanlaşdırır.
Yaz və yay aylarında günəşin təsirləri də artmağa başlayır. Dəri ləkələrinin qarşısını almaq üçün günəşdən qoruyucu kremlər istifadə edin.
Dərinizi nəmləndirmək üçün daha az yağlı, su tərkibli nəmləndirici kremlər alın. Yağ tərkibi çox olan kremlər dəridə sızanaq yaranmasına səbəb olur.
Dermokosmetik vasitələr dəri yaşlanmasını gecikdirən məhsullardır. Antioksidan tərkibli olan bu məhsullar dərinin daha dərin təbəqəsinə kimi nüfuz edir. Dəri tipinizə uyğun vəsaitlər istifadə edin. Yağlı dəriniz varsa, çox yağ tərkibli krem istifadə etməyin.
Parlaq və işıltılı bir dəri baxımı, təmizliyi, dərinin nəmləndirilməsi ilə yanaşı düzgün və sağlam qidalanmadan da asılıdır.
Meyvə və tərəvəz, soğan, göyərti, kök, sarımsaq kimi dəriyə canlılıq verən qidalar yeyin.
Həm bədən, həm də dəri üçün gündə 2 litr yarım su için.
Sağlam və parıldayan bir dəri üçün siqaret və spirtli içkidən uzaq durun. Özəlliklə siqaret dərinin gərginliyini azaldır və sallanmasına səbəb olur. Ətrafınızda siqaret çəkənlərin dərisinə diqqət etsəniz, necə solğun, canlılığını itirmiş vəziyyətdə olduğunu görəcəksiniz. Eyni zamanda spirtli içki qəbulu da dəri nəminin itməsinə və qırışmasına səbəb olur.
Depressiya yaşayan insan normal yuxu yatmadığından şikayət edir. Bu yuxu problemi də insanın dərisinə mənfi təsir edir. Buna görə yaxşı yuxu dəri üçün çox vacibdir.
Makiyajla yatmayın
Makiyaj dəridəki yağı, kiri həbs edir. Dərinin hava almasına icazə vermir. Gecə makiyajı təmizləmədən yatsanız, makiyaj dəridəki məsamələri tutur, dəri nəmini azaldır və dərinin tez qırışmasına səbəb olur.
Stressdən uzaq durun
Əsəbiləşərkən yaşanan dartılmalar çiyin, boyun, üz bölgəsində olur. Dartılmaların ardından da dəridə qırışlar yaranır. Qırışlar əleyhinə üz üçün gülmə hərəkətini edin.
Qaynar suyla çimməyin
Hər birimiz buxarlanan isti su ilə çimməyi xoşlayırıq. Su nə qədər isti və duş uzun müddətli olarsa, dəridəki təbii yağ nisbəti o qədər çox azalacaq.
Dərinin yumşaq olması üçün nəmə ehtiyacı var. Ancaq isti su ilə çimmək, dəsmalla çox qurulanmaq, kimyəvi məhsullar, siqaret istifadəsi dərini qurudur.
Təbii dəri pilinqi:
3 yemək qaşığı gil, 3 yemək qaşığı yulaf, 1 yemək qaşığı quru gül yarpağı, 1 yemək qaşığı quru lavanda yarpağı. Bütün bunları qabda qarışdırıb üzərinə isti su əlavə edin. Krem halına gələnəcən qarışdırın, üzünüzə sürtüb 20-25 dəqiqə gözlədikdən sonra dərinizi yuyun və nəmləndirici krem vurun.
Quru dərilər üçün maskalar:
Avokado maskası
Yarım avokado
1 çay qaşığı bal
Əvvəlcə avokadonu çəngəllə əzin. Sonra balla birlikdə qarışdırın. Bu qarışımı üzünüzə sürtüb 10 dəqiqə saxlayın və üzünüzü ilıq su ilə yuyun.
Dəriniz çox qurudursa, həftədə iki dəfə edin.
Yulaf kəpəyi maskası
Bu maska həm qırış yaranmasının qarşısını alır, həm də məsamələri təmizləyir.
1 yemək qaşığı yulaf kəpəyi, yulaf əzməsi də ola bilər, 1 yemək qaşığı qatıq, 2 çay qaşığı bal, 1 çay qaşığı zeytun yağı.
Bütün bunları bir qabda yaxşı qarışdırın. Maskanı üzünüzə, boynunuza sürtdükdən sonra 10-15 dəqiqə gözləyib, bol su ilə durulayın.
Qəhvə maskası
Qəhvənin dərini yumşaldan, parlaqlıq verən təsiri var.
Qəhvə maskası üçün 2 çay qaşığı qəhvə qalığına ehtiyac var. Maskanın yumşaldıcı təsirini artırmaq üçün içinə 2 çay qaşığı kakao, 3 çay qaşığı süd, 2 çay qaşığı bal da əlavə edə bilərsiniz.
Bütün bunları qarışdırıb barmaq ucları ilə masaj edərək, göz və dodaq ətrafından başqa digər yerlərə sürtün. 10 dəqiqə gözləyib bol ilıq su ilə yuyun. Üzünüzü quruladıqdan sonra dəriyə nəmləndirici krem vurun.
Dərini nəmləndirən və qidalandıran yumurta maskası
Çox quru olduğu üçün dəriniz solğun, yorğun, xəstə görünürsə, bu maska sizin üçün idealdır. Maska üçün 1 yumurta sarısını 1 çay qaşığı bal, 2 çay qaşığı zeytun yağı ilə qarışdırın. Üzünüzə sürtdükdən sonra 15 dəqiqə gözləyin, soyuq suyla durulayın. Bu maska 3-4 dəfə istifadədən sonra dərinizin yumşaq və canlı görünməsini təmin edəcək.
Nəmləndirici banan maskası
Banan maskasının hazırlanması çox asandır. Yarım bananı əzdikdən sonra 2 çay qaşığı portağal suyu və 2 çay qaşığı qatıqla qarışdırın. Qarışımı üzünüzə çəkib 15 dəqiqə saxlayın. Maskanı ilıq su ilə təmizlədikdən sonra nəmləndirici sürtə bilərsiniz. Dərinizdəki quruluq azaldıqdan sonra həftədə 2, daha sonra 1 dəfə bu maskadan yararlana bilərsiniz.