Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
1. NORMAL DƏRİ Elastik və yumşaq, incə məsaməli və çəhrayı dəri: güzgüyə baxanda gördüyünüz budursa normal dəriyə sahibsinizdir. Ancaq normal dəri sağlam görünüşünün davamı üçün nəmə və qorumaya ehtiyac duyur. Şəxsi qulluq qaydalarınızı təkmilləşdirin! Mütəmadi gecə və gündüz baxımı dərinizi təravətli edər. Səthi peeling qüsurları və ölü hüceyrələri təmizləyər. Düzgün seçilmiş üz kremini yumşaq bir masajla tətbiq edərək, qan dövranınızı da dəstəkləyərək dərinizi dahada təravətli edəcəksiniz .
2. QURU DƏRİ Dəriniz kobud və pullu görünür? Quru dəri nəmin və lipidlərin , yəni yağların azlığından əziyyət çəkir. Buna görə daha az elastik, dartılmış və əksər hallarda qaşınmaya meyilli olur. Ətraf mühit təsirlərinə xüsusilə də istilik və soyuqa qarşı həssasdır. Sağlam bir pəhriz ilə dərinizə kömək edə bilərsiniz. Hər gün 2 litr su içmək məsləhətdir. Günəşdən qoruyucu gün kremləri ilə dərinizi ultrabənövşəyi şüalardan qoruyun. Təbii yağlarla və nəmləndirici vasitələrlə dərinizin nəmliyini və yumşaqliğını dəstəkləyin.
3. YAĞLİ DƏRİ Adından da göründüyü kimi yağlı dəri tipi parlaq və yağlı bir görünüşə, açıq məsamələrə malikdir. Yağ vəziləri bu tip dəridə hiperaktiv işlədiyindən məsamələrdə normaldan daha çox yağ yığılır. Bu xüsusilə T zonasında daha böyük məsamələrə səbəb olur. Məsamələr tez-tez qara ləkələr və sızanaqlar ilə dolu ola bilər. Yağlı dərinin hər zaman ləkələr ilə müşayiət olunduğunu deyə bilmərik. Ancaq bu bir həqiqətdir ki, dəriniz yağlıdırsa, ləkələrə daha çox meyllisiniz. Ölü dəri və məsamələrdə yığılmış qalıqlar nəticəsində bakteriyaların inkişafına şərait yaranır. Bu, sızanaqlara və iltihablara səbəb olur. Belə hallarda sızanaqların sağalması çətinləşir və sızanaq ləkələrinin yaranma ehtimalı artır. Makiyajdan daha az istifadə edin. Dəriniz yağlıdırsa, gündə iki dəfə təmizləyin. Təmizlədikdən sonra səhər və axşam bir tonik istifadə edin. Dəriniz gün ərzində həddindən artıq parlayırsa, salisil turşusu tonikləri ilə təmizləyin. Axşam evə gələn kimi dərinizi təmizləyin. Üzünüzdə ətrafdan aldığınız toz və digər çirklərlə yuxuya gedənə qədər gözləməyin. Sızanaqlar varsa Dermatoloqa müraciət edin.
4. HƏSSAS DƏRİ Həssas dəri stres, istilik sistemlərindən gələn quru hava və ya UV işığı kimi xarici təsirlərə daha çox reaksiya göstərir. Dəri tarazlığını itirirsə, sıx, qaşıntı və quru hiss edir və döküntü əmələ gəlir. Buna görə həssas dəri daha çox qayğıya ehtiyac duyur. Ətraf mühitin zərərli təsirlərindən qoruyan bir krem seçin. Təmizlədikdən sonra üzünüzü güclü şəkildə ovuşdurmaqdansa, bir dəsmal ilə yumşaq bir şəkildə silin. Ətirlər dəri qıcıqlanmasına səbəb ola bildiyindən birbaşa təmasdan qoruyun. Pəhrizinizə diqqət edin - isti ədviyyatlar dəriniz üçün məsləhət deyil.
5. QARIŞIQ DƏRİ Qarışıq dəri adını iki dəri tipinin birləşməsindən alır: normaldan quruya və yağlı, ləkəli dəri. Qarışıq dəri alın, burun və çənə arasındakı T bölgəsində yağlı olur və kiçik ləkələr əmələ gətirir. Əksinə yanaq bölgəsinin quruluğu normaldır.
Üzə qulluq məhsulları tətbiq etməzdən əvvəl dərinizi yaxşıca təmizləyin. İsti və ya buzlu soyuq su əvəzinə ilıq sudan istifadə edin. Mütəmadi olaraq bir nəmləndirici istifadə edin Xüsusilə qarışıq dəri üçün uyğun bir məhsul seçin.
İxtisaslaşdığı tibbi sahə:
-Psoriaz(Dəmirovlar)
-Eqzemalar,kontakt və allergik dermatitler
-Sizanaqlar(AKNE və Rozasea)
-Saç tökulməsi və digər saç xəstəlikləri
-Melazma ( Digər dəri LƏKƏlƏRİ)
-Papilomalar (Ziyillərin), Mazol(döyənəklərin) və ət xallarının
-Dərinin Virus Göbələk və Bakteriyal xəstəlikləri
-Pemfiqus və digər bulloz xəstəliklər
-Vitiliqo (alaca xəstəliyi)
-Cinsi yolla kəcən Zöhrəvi xəstəliklər
-Dırnaq xəstəlikləri
-Allergik xəstəliklərin
Tel.: 077 712 22 71
Facebook: Pərviz Dadaşov