01:26, 24 iyul 2022
Xalq təbabəti

Gülüşün növləri və faydaları

 

Gülüş daxilimizdəki rifahın və eyni zamanda ətrafdakı insanlarla ünsiyətə daxil ola bilmə bacarığımızın ifadəsidir. Təbii gülümsəmə insanlarla  əlaqə  yaratmaq və onu saxlamaq, xüsusilə də tanışlığın başlanğıcında müsbət münasibətin göstəricisidir. Digər emosiyalar kimi gülüş də səmimi olmaqla yanaşı məcburi də ola bilər. Bəzən qarşımızdakı insanların gülüşü heç də səmimi, içdən gəlməyən olur. Əslində bizim şüurumuz gülümsəmənin “paklığını” müəyyən etməyə qadirdir. Lakin buna baxmayaraq, insanların çoxu şüurlu səviyyədə bunu müəyyən etməkdə çətinlik çəkir.

Bəs səmimi gülüş ilə məcburi, saxta gülüş arasındakı fərqi necə asan seçmək olar?

Bu iki gülüşün arasındakı fərqi gözlər və ağız bölgələrindəki əzələlərdən müəyyən etmək olar, çünki biz yalnız ağız əzələlərini şüurlu şəkildə idarə edə bilirik, göz əzələri isə bizim kontrolumuzla olmur. Səmimi təbəssüm zamanı ağız əzələləri dartılır, dodaqların kənarları yuxarıya doğru qalxır, gözlərin ətrafında qırışlar əmələ gəlir və gözlər daralır. Səmimi bir təbəssüm hər zaman avtomatik və şüursuz olaraq baş verir, səmimi olmayan gülüş isə assimetrik olur, yəni bir tərəfdə daha çox görülə bilər. Bu beyin yarımkürələrin müxtəlif təsir dərəcəsinə bağlıdır. Üz ifadəsi üçün cavabdeh olan beyin korteksi sağ yarımkürədə yerləşir. Süni gülüş zamanı əsasən bədənin sol tərəfinə siqnallar göndərir. Nəticədə solda saxta üz ifadələri sağdan daha çox ifadə edilir. Səmimi olmayan gülüş zamanı  göz əzələləri olduğu kimi qalır, insan yalnız dodaqları ilə gülümsəyir. Oxşar fenomeni fotoqrafın hərkəsin gülümsəməsini və ya “cheese” deməsini istədikdə tez-tez görə bilərik. Bu vəziyyətdə sanki şəkildəki insanlar həqiqətən xoşbəxt olmadıqları görünür və şəkilə olan təəssüratımız o qədər də yaxşı olmur.

Gülümsəmənin bir çox növləri vardır, onlardan bəziləri aşağıda­kı­lardır:

Dodaqları bağlı gülümsəmək


Bu cür gülüş zamanı dişlər görünmür. Adətən insanın utancaqlığını, nədənsə çəkindiyini bildirə bilər. Bu təbəssümdən demək olar ki, insanın hər hansısa bir sirri var, o özü haqqında olan hər hansısa informasiyanı sizinlə paylaşmaq isdəmir. Bəzən  gülüşün bu növü  insanlara qarşı aqressiyanı basdırmaq üçün də istifadə edilir. Belə bir variant da mövcuddur ki, insanın dişlərinə qarşı kompleksi varsa əgər, o zaman utandığından dişlərini gizlətmək üçün bu cür gülüşdən istifadə edir.


Əyri gülüş (sarkazmlı gülüş)


Bu gülüş hisslərin qarışıqlığını göstərir. Üzün sol tərəfi, beyin sağ yarımkürəsinin təsiriylə gülümsəyir. Sağ tərəf isə  beynin sol yarımkürəsinin təsiri  ilə kədərli görsənir. Əyri gülüşə açar sözü olaraq “daxili ikiləşmə“ni göturmək olar. Yəni insan kiminsə sözləri və ya hərəkətlərinə qarşı neqativ düşüncədə olur, lakin buna baxmayaraq situasiyaya uyğun olaraq  məcbur gülümsəyir.


Dodaqları açıq gülüş


Dodaqlar  və dişlər açıq olur, hətta gözlər gülür. Belə bir gülüşə sahib  olan insanlar  etibarlılıq, mehribanlıq və səmimilik doğurur. Bəzən bu cür gülüş aldadıcı da ola bilər, bu səbəbdən göz ətrafındaki əzələlərə fikir verin. Belə formada saxta gülüş daha çox nəzakətlilik jesti kimi gəbul etmək olar, ya da ki hər hansısa narahatlığı gizlətməyə çalışır.


Başını yana tutaraq gülmək


Başını bir tərəfə bir az əymiş formada tutur və eyni zamanda əlləri ilə ağız tərəfə tutursa – burada iki variant ola bilər. Bu ya utandığını bildirir, yada ki flört etdiyini bildirir.Ayırd etmək üçün göz ətrafına diqqət edin.Flört zamanıgöz ətrafı qırışlar əmələ gəlir, utancaqlıqda isə gözlər biraz gərgin kimi gorünür.


Yalnız Üst dodaq açılaraq gülümsəmə


Üst dodaq yuxarı qalxır və ust dişlər gorünür, aşağı dişlər isə görünmür və baxışlar soyuq olur. Bu cür gülüş qeyri-səmimi sayılır, nəzakətlilik üçün edilə bilər.


Təkəbbürlü gülüş (Özündən razı gülüş)
Demək olar ki, dodaqlar hər zaman bağlı  formada olur,gülüş  isə assimetrikdir. Baş azacıq qabağa doğru əyilmiş formada olur. Bu cür gülüş ətrafdakıları cəlb etmənin əsas ünsürlərindən biridir. Əslində  təkəbbürlük özgüvən əksikliyin bariz nümunəsidir. Təbəssümün faydaları Gülümsəmək yaxşı əhval-ruhiyənin nümayişindən əlavə,bir çox situasiyada bizə  köməkçi ola bilər:

Ətrafdakılarda özlərinə qarşı güvən yaratmaq üçün istifadə edilə bilər.
Gülümsəmək – güclü bir psixoloji vasitədir və onun sayəsində biz deyə bilərik ki “Mən etibarlı bir insanam”.Əsas odur ki, gülümsəmə səmimi və mehriban olmalıdır. Yalnız bu cür üz ifadəsi səmimi və inandırıcı münasibətlər qurmağa kömək edəcək. Yalnız şəxsi həyatınızda deyil, eyni zamanda iş münasibətlərinizdə öz “etibarlılıq” səviyyəsinizi yüksəldə bilərsiniz.

Real hisslərini gizlətmək üçün.
Bəzən insanlar öz kədərlərini bildirmək istəmədikləri üçün süni gülüşdən istifadə edirlər.

Hər hansısa insanı cəzb etmək üçün.
Münasibətdə incə bir təbəssümlə qarşısındakı insanı özünə daha çox cəzb edə bilər.

Stressin aradan qaldırılması üçün.
ABŞ-da psixoloqların apardığı araşdırmanın nəticəsinə görə daha çox gülən insanlar gərginlikdən uzaq olurlar və onlar çətinlikləri daha rahat həll edə bilirlər, çünkü gülüş endomorfin hormonun miqdarını artırmaqla əhvalın yüksəlməsinə səbəb olur. Bununla da insanları stressdən uzaq tutur. Əminliklə demək olar ki, gülümsəmək eyni zamanda  immuniteti gücləndirir və dost çevrəsini genişləndirir. Mümkün qədər gülümsəməyə çalışın ki, sağlamlığınızı qoruya biləsiz. Bununla da ətrafdakılara pozitiv aura bəxş etmiş olarsız.

Nərmin Sucayeva

Klinik psixoloq

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Çəpgözlüyün Səbəbləri
Çəpgözlüyün Səbəbləri
22 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Kontakt linzaları haqqında bilmədikləriniz faktlar
Kontakt linzaları haqqında bilmədikləriniz faktlar
24 iyul 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Burundan qan axanda necə kəsək?
Burundan qan axanda necə kəsək?
29 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022