20:23, 01 oktyabr 2022
Həzm sistemi

Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası


Turşu evdə şüşə qabda və əlverişli şəraitdə hazırlanarsa sağlamlıq üçün son dərəcə faydalıdır. Sağlam insanlarda turşunun həftənin 2 günü maksimum 1 ovuc içi qədər istifadəsi yetərlidir. Bəs, uyğun şəraitdə altında hazırlanıb yeyildikdə sağlamlığımız üçün faydaları nələrdir? Sadəcə sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşunun 7 faydası bunlardır


Qan şəkərini tarazlaşdırır
Turşu yemək ilə birliktə yeyildikdə tərkibindəki sirkə sayəsində insulin ifrazını tarazlaşdıraraq qan şəkərini kontrolda saxlayır. Ancaq diabet və qan təzyiqi ilə yanaşı böyrək xəstəliyiniz varsa turşu yemək sizin üçün bir risk yarada bilər. Buna görə istehlak miqdarında nəzarət etməlisiniz.


Çəki kontroluna kömək edir.
Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə, qidaların mədədə həzm prosesi yavaşlayır daha çox tox tutur. Turşu tərkibindəki sirkə ilə  orqanizmdə yağ depolanmasının qarşısını alır. Bundan başqa az kalorili və qəbizliyə qarşı təsirli olduğu üçün arıqlamaq istəyənlərə kömək edir.


Əzələ spazmalarına kömək edir
Turşunun digər faydası isə itirilmiş maye və mineralların sürətli bir şəkildə geri qaytarmasıdır. Tərkibindəki sirkə ilə əzələ ağrılarına da rahatlaşdırıcı təsir göstərir. Tibb və Elm adlı bir akademik jurnalda dərc olunan məqalədə bildirilir ki, susuz qalan kişi idmançılarda 1/3 stəkan turşu suyunun əzələ spazmalarına kömək olur.


Bağırsaqların müntəzəm işləməsi üçün vacibdir
Sadəcə sirkə və duz ilə hazırlanan, konservantlarsız turşu bağırsaqlar üçün də vacibdir. Bunun səbəbi, bağırsaq dostu bakteriya olan probiyotik tərkibli olmasıdır. Bu mikrobiotanı, başqa sözlə bağırsaq sağlamlığını qoruyur. Bağırsaq florasının sağlamlığı bağırsaq hərəkətlərinin müntəzəm olması cəhətdən son dərəcə vacibdir. Yüksək lifli tərəvəz və meyvələrdən hazırlanan turşular bu təsirlərlə nəcis həcmini artırır, metabolik tullantıların bədəndən daha asan atılmasına kömək edir, qəbizlik problemində də faydalıdır.


Xərçəngdən qoruyur
Turşuda istifadə olunan tərəvəzlərin hər biri ayrı bir antioksidanla zəngindir. Antioksidanlar sərbəst radikallarla reaksiya verir, hüceyrələrə zərər verməsinin qarşısını alır.Turşu antioksidan təsirləriylə də sərbəst radikallara qarşı mücadələ aparır, bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və kələm turşularında flavonoidlərin antioksidan tutumu yüksəkdir. Tək bir turşu yemək əvəzinə yerinə müxtəlif turşular yemək, minerallar və antioksidantların qəbulunu təmin edir. Ancaq mədə problemi olan insanlar çox diqqətlə yeməlidirlər.


Ürək-damar xəstəliklərinə qarşı qoruyucudur
Antioksidanlar, vitaminlər və minerallar sayəsində turşu, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir. Ancaq bu qorunma sağlam insanlar üçün keçərlidir. Turşu tərkibində duzun çox olması səbəbindən qan təzyiqi problemi olan insanlar turşu istifadəsindən çəkinməlidirlər. Çünki təzyiq xəstələrində qan təzyiqini artırır, bu da damarların quruluşunu pozur.


İmmunitet sistemini dəstəkləyir
Fərqli tərəvəzlərin turşularını yemək orqanizmdə antioksidan müxtəlifliyini artırdığı üçün daha çox fayda verir. Bunlardan ən əhəmiyyətlisi isə çuğundur və kələm turşusudur. Bu tərəvəzlərdən hazırlanan turşuları istehlak edərək soyuqdəymədən qoruya bilərsiniz.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Duzun orqanizmə vurduğu 6 ziyan
Duzun orqanizmə vurduğu 6 ziyan
05 sentyabr 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
İsti̇otlu araq, balli i̇liq süd, i̇nhalasi̇ya...
İsti̇otlu araq, balli i̇liq süd, i̇nhalasi̇ya...
26 noyabr 2024
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
HAMİLƏLİKDƏ NƏ QƏDƏR ÇƏKİ ALINMALIDIR?
HAMİLƏLİKDƏ NƏ QƏDƏR ÇƏKİ ALINMALIDIR?
22 iyul 2022
Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir
Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir
15 iyul 2022
İnsan psixologiyasını necə gücləndirmək olar? - 4 təsirli üsul
İnsan psixologiyasını necə gücləndirmək olar? - 4 təsirli üsul
18 oktyabr 2022