13:45, 21 iyul 2022
İmmun sistemi

Qanazlığının əlamətləri

 

Qanazlığının əlamətləri qansızlıq növünə görə dəyişir. Qanazlığına səbəb olan narahatlıqlar və qanazlığının şiddətinə görə əlamətlər fərqlənə bilər.

Məsələn, qan itkisi, xora, menstruasiya problemləri və ya xərçəng, anemiyaya səbəb ola bilər. Bu narahatlıqlar bəzi aşkar əlamətlər ilə özlərini göstərə bilərlər. Əgər yüngül anemiya varsa və ya anemiyanın əmələ gəlməsi uzun müddət yayılıbsa, hər hansı bir əlamət hiss etməyə də bilərsiniz.

Qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.

Qan azlığı özünü necə göstərir?

1. Torpaq, buz, kirəc yemək istəyi

2. Ağız ətrafında çatlar

4. Dildə qırmızılaşma

Anemiya (qan azlığında) əlamətləri qanazlığının növünə görə dəyişsə də, bir çox qansızlıq növü üçün bəzi müştərək əlamətlər aşağıdakılardır:

Tez yorğunluq və enerji itkisi

Xüsusilə məşq zamanı fövqəladə sürətli ürək döyüntüsü

Xüsusilə məşq zamanı nəfəs darlığı və baş ağrısı

Diqqəti toplamaqda çətinlik

Solğun dəri

Ayaqda ağrılar

Yuxusuzluq

Yuxarıdakı ortaq əlamətlərdən başqa qanazlığı ilə yanaşı başqa əlamətlər də ortaya çıxa bilir. Qanazlığının digər əlamətlərini qansızlıq tiplərinə görə araşdırmaq faydalı ola bilər.

Dəmir çatışmazlığından dolayı yaranan qanazlığının əlamətləri:

Kağız, buz və ya toz kimi qəribə maddələrə qarşı duyulan aclıq və iştaha

Dırnaqların yuxarı doğru əyilməsi

Ağız kənarlarında çatlar

Ağızda acı dad

Dəmir çatışmazlığının səbəbləri:

1. Tərkibində az miqdarda dəmir olan qidalar yemək

2. Bağırsaqlar tərəfindən az miqdarda sorulma

3. Xroniki qanaxmalar

Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir. Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.

Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.

Fol turşusu çatışmazlığı ilə əlaqədar anemiya: Orqanizmin qırmızı qan hüceyrələrini istehsal etməsi üçün fol turşusuna ehtiyacı var. Fol turşusunun miqdarı normadan az olduqda qan hüceyrələrinin istehsalı azalır və anemiya baş verir. Keçi südü ilə qidalanma, bağırsaq xəstəlikləri, xərçəng xəstəliyi və epilepsiya üçün istifadə edilən dərmanlar da fol turşusu çatışmazlığına səbəb olur. Fol turşusunun çatışmazlığı ilə əlaqədar yaranan anemiya zamanı ishal, depressiya, dilin şişməsi və qızarması müşahidə edilir.

B12 vitamininin çatışmazlığından dolayı yaranan anemiya əlamətləri:

Əl və ayaqlarda tikan və ya sancma hissi

Toxunma duyğusunun itkisi

Büdrəyərək yerimə və getmədə çətinlik

Hər dəfə nəyisə dağıtmaq

Qol və ayaq sərtliyi

Zəiflik

Hallusinasiya, paranoyya və şizofreniya

Xroniki qurğuşun zəhərlənməsindən dolayı yaranan anemiya əlamətləri:

Dişlərində göyümtül-qara rəngdə bir xətt

Qarın ağrısı

Qəbizlik

Qusma

Xroniki qırmızı qan hüceyrəsinin tənəzzülündən dolayı yaranan anemiya əlamətləri:

Sarılıq (Sarı dəri və sarı göz ağı)

Qəhvəyi və ya qırmızı rəngdə sidik

Ayaq yaraları

Öd kisəsi daşı simptomları

Ani qırmızı qan hüceyrəsinin tənəzzülündən dolayı yaranan anemiya əlamətləri:

Qarın ağrısı

Qəhvəyi və ya qırmızı sidik

Sarılıq (sarı dəri rəngi)

Dəri altındakı kiçik yaralar

Böyrək çatışmazlığı əlamətləri

Bu əlamətləri gördükdə dərhal həkimə gedin:

Daimi yorğunluq, nəfəs darlığı, ürək döyüntüsü, solğun dəri və ya qan çatışmazlığının hər hansı bir əlamətidir.

Pis və ya vitamin və mineral baxımından kasıb qidalanma;

Çox ağır keçirilən menstruasiya qanaxmaları;

Xora, qastrit, babasil, qanlı və ya qatran konsistensiya ifrazat və ya kolon xərçəng əlamətləri;

İrsi olaraq anemiya (qan azlığında) ailənizdə görülürsə və uşaq dünyaya gətirməzdən əvvəl genetik məsləhətləşməyə ehtiyacınız olarsa.

Qanazlığının səbəb olduğu problemlər:

Hamilə qadınlarda:

1. Ana bətnində uşağın ölməsi

2. Erkən doğuş

3. Bədənin müqavimətinin azalması

4. Körpənin az çəkili dünyaya gəlməsi

Uşaqlarda:

1. İnkişafda gerilik

2. Fiziki aktivliyin azalması

3. Bədənin müqavimətinin azalması

4. Yaddaşsızlıq

Yeniyetmələrdə:

1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq

2. İş qabiliyyətinin azalması

3. Bədənin müqavimətinin azalması

Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizm dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.

Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Diabet xəstəliyinin ilkin 9 əlaməti
Diabet xəstəliyinin ilkin 9 əlaməti
29 iyul 2022
Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!
Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!
12 iyul 2022
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
01 oktyabr 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!
Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!
19 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Ağız qoxusunu aradan qaldırmanın yolları
Ağız qoxusunu aradan qaldırmanın yolları
12 iyul 2022
Burundan qan axanda necə kəsək?
Burundan qan axanda necə kəsək?
29 iyul 2022