23:57, 11 iyul 2022
Dəri, sümük və saç / Flaş

Rəngbərəng dəmrov

 

Oxuculardan gələn suallara əsasən sizlərə bu mövzunu seçdim.

Rəngbərəng Dəmrov bədənin üst nahiyəsində ləkə şəklində görülən bir xəstəlikdir. Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Sağlamlığa heç bir mənfi təsiri yoxdur. Ancaq dəridə kosmetik deffekt sayılan açıq çəhrayı, tünd və açıq qəhvəyi rəngdə bəzən də ağ rəngdə ləkələr meydana gəlir. Məhz buna görə də bu xəstəliyin adı Rəngbərəng Dəmrovdur.

Göbələyin dəridə yayılma səbəbi bunlardır:

- İsti və nəmli hava

- Çox tərləmə

- Yağlı dəri

- Zəyifləmiş immun sistemi

- Hormonal dəyişikliklər

Rəngbərəng Dəmrov daha sıx yeniyetmə və gənc yaşlarda görülür. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrində (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi rəngdə, bəzən də ağ rəngdə olub üzərində bəzən incə pulcuqlar da görülə bilər. Heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ola bilər.

Diaqnoz müayinə zamanı qoyulur. Bunun üçün heç bir analiz lazım deyil. Ancaq dəri rəngindən asılı olaraq səpkilərin tonları dəyişkən ola bilir, bunun üçün Wood lampası ilə müayinə etmək lazım ola bilər.

Bu mövzu ilə əlaqədar ən tez-tez verilən suallar.

- Bu ləkələrin qaraciyərlə elaqəsi varmı?

XEYR, bu ləkələrin qaraciyərlə və ya başqa bir orqanlarla əlaqəsi yoxdur.

- Bu xəstəlik keçicidir?

XEYR.

- Yataq örtükləri və dəsmalları qaynatmaq lazımdırmı?

XEYR , bu xəstəlik keçici olmadığı üçün nə pal-paltarları, nə də dəsmalları qaynatmaq lazım deyil.

- Çimmək olarmı?

Təbii ki, olar.

- Müalicəsi varmı?

VAR. Müalicəsi sadədir, yerli və ya sistemik antifunqal (göbələk əleyhinə) preparatlardan istifadə olunur. Lakin burda müalicənin müddəti çox vacibdir. Çünki ilk günlərdən etibarən səpkilər solmağa başlayır və hətta tamamilə keçir, xəstələr sağaldığını zənn edərək müalicəni dayandırırlar. Bir müddət keçdikdən sonra ləkələr təkrar üzə çıxır.

İlk baxışdan sadə görülən bu xəstəlik ciddi kosmetik deffekt yarada bilər. Zamanında və düzgün müalicə olunmadıqda qalıcı ağ ləkələr yaranır və bu ləkələrin müalicəsi xeyli zaman aparır. Dərimizin sağlam və gözəl olması hamımızın arzusudur. Çünki gözəl görünmək əhval-ruhiyyəmizə də təsir göstərir.

Uzman Dr. Lalə Cahangirova

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Çəpgözlüyün Səbəbləri
Çəpgözlüyün Səbəbləri
22 iyul 2022
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA
Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA
09 iyul 2022
Erkən klimaks və onun əlamətləri
Erkən klimaks və onun əlamətləri
21 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022