23:44, 19 iyul 2022
Qulaq, burun, boğaz

Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul

 

Boğaz ağrısı bəzən çox uzun müddət davam edir. Bunu aradan qaldırmaq üçün dərmanlarla yanaşı təbii üsullardan da istifadə etmək məsləhət görülür.


Bu üsulların hansılar olduğunu bilmək və tətbiq etmək üçün yazımızı oxuyun.

1. Duzlu və sodalı qarqara edin Duz və soda boğazı təmizləyir və mikrobları dəf edir. Bir stəkan ilıq suyun içinə bir çay qaşığı duz və bir çay qaşığı soda töküb qarqara hazırlayın. Bu qarqaranı dişlərinizi fırçaladıqdan sonra edərək həm ağzınızda olan mikrobları azalda, həm də boğazınızı yumşalda bilərsiniz.

2. Bal, limon və zəncəfil qarışığından istifadə edin Evinizdə olan təbii vasitələrlə hazırlaya biləcəyiniz sadə bir qarışıqla da boğaz ağrısından azad olmaq mümkündür. Balın boğazı yumşaltmaq xüsusiyyətindən, limonun anti bakterial təsirindən və zəncəfilin bəlğəm gətirici funksiyasından faydalana bilərsiniz. Bir neçə qaşıq bal ilə yarım limonun suyuna bir çay qaşığı toz zəncəfil və bir az ilıq su əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışıq boğaz ağrısı üçün çox təsirli bir üsul olacaqdır.

3. Nanəli buxar hamamı edin Burun tıxanıqlığı gecələr ağzımızı açaraq yatmağımıza, bu da ağız quruluğuna və ağzın içinə havadan çoxlu sayda mikrobun girməsinə səbəb olur. Yatmamışdan əvvəl isti bir vanna qəbul etməyiniz sizi rahatladacaq, həm də burun tıxanıqlığını keçirərək nəfəs yollarınızın açılmasına kömək olacaqdır. Bununla yanaşı, nanəli buxar hamamı da burun tıxanıqlığını aradan qaldırmaqda təsirli bir üsuldur.

4. Bol ilıq su için Bol su içmək bədənin və beləliklə də tənəffüs yollarının nəmli qalmasına şərait yaradır və bu sayədə də ağız quruluğunun qarşısını alır, boğazdakı qıcıqlanmanı azaldır. Buna görə də gündə ən az 1.5-2 litr su içməyə çalışın. Lakin bu zaman ilıq, yəni otaq temperaturunda olan su içməyə xüsusi diqqət yetirin, çünki soyuq su da boğazın qıcıqlanmasına səbəb olur.

5. Qidalarınızı ilıq şəkildə istifadə edin Həddindən artıq soyuq və ya isti içkilər də boğazdakı qıcıqlanmanı artırır. Buna görə də yeməklərinizi və içkilərinizi ilıq şəkildə istifadə etməyə diqqət edin.

6. Qızdırıcıların üzərinə bir qabda su qoyun Soyuq qış aylarında evlərin qızdırılması nəticəsində otaqdakı nəm azalır və qəbul edilən quru hava boğazda qıcıqlanmaya səbəb olur. Bunun qarşısını almaq üçün qızdırıcıların üzərinə su dolu bir qab və ya yaş dəsmal qoya bilərsiniz.

7. Yüksək səslə danışmayın Yüksək səslə danışmaq və xüsusilə də qışqırmaq boğazda qıcıqlanmaya və səs tellərində zədələnməyə səbəb olmaqla səsin tutulmasına şərait yaradır. Bunun üçün də əsasən soyuq havalarda buna xüsusi diqqət yetirməlisiniz.

8. Həddindən artıq yeməkdən imtina edin Boğaz ağrısının gözdən yayınan səbəblərindən biri də reflü, yəni mədə suyunun ağza gələrək keçdiyi yollarda turşuluğa bağlı qıcıqlanmaya səbəb olmasıdır. Bunun qarşısını almaq üçün yatmazdan ən az 3 saat əvvəl heç nə yeyib içməməli, xüsusilə axşam yeməklərində həddindən artıq yeməyə son verməli və mədə turşuluğunu artıran çay, qəhvə və qazlı içkilərdən uzaq durmalısınız. Bundan əlavə yastığınızı uca eləməyiniz də faydalı olacaqdır.

9. Həkim məsləhəti almadan dərman istifadə etməyin Hamının evində köhnədən qalma bəzi dərmanlar olur. Bəzən həkim məsləhəti almadan, özümüz bu dərmanlardan istifadə edirik. Ancaq bəzən sadə görünən bitki tərkibli bir sorma dərmanının belə içində şəkər olduğu üçün diabet xəstələrinə ziyan ola biləcəyini unutmayın. Xüsusilə də antibiotik dərmanları istifadə edərkən mütləq həkim məsləhəti alınmalı, dozası və miqdarı həkim tərəfindən müəyyən olunmalıdır. Bundan əlavə dərmanları istifadə etməzdən əvvəl mütləq son isitifadə tarixinə nəzər yetirin.

10. Bir həftədən artıq davam edərsə, mütləq həkimə gedin Hərarət, halsızlıq, bədən ağrısı, şiddətli öskürək, bəlğəm probleminiz vardırsa və boğaz ağrınız bir həftədən artıq davam edirsə, bu zaman mütləq həkimə müraciət etməlisiniz. Bu dediyimiz üsulları tətbiq etməklə boğazınızın ağrısını tez bir zamanda keçirə bilərsiniz.

 

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Limonun faydaları və ziyanı
Limonun faydaları və ziyanı
12 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Bitki çaylarının faydaları
Bitki çaylarının faydaları
12 iyul 2022
Kəpəkdən təbi̇i̇ yolla qurtulun
Kəpəkdən təbi̇i̇ yolla qurtulun
27 noyabr 2024
Üz dərisinə düzgün ve təbii qulluq qaydaları
Üz dərisinə düzgün ve təbii qulluq qaydaları
04 avqust 2022
Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!
Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!
12 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
7 məhsullu sehi̇rli̇ i̇mmuni̇tet şərbəti̇
7 məhsullu sehi̇rli̇ i̇mmuni̇tet şərbəti̇
27 noyabr 2024
Ayaqdan gələn pis qoxunun qarşısını almaq üçün ÜSULLAR
Ayaqdan gələn pis qoxunun qarşısını almaq üçün ÜSULLAR
15 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Lavandanin faydalari
Lavandanin faydalari
26 noyabr 2024
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022
İsti̇otlu araq, balli i̇liq süd, i̇nhalasi̇ya...
İsti̇otlu araq, balli i̇liq süd, i̇nhalasi̇ya...
26 noyabr 2024
Ağız qoxusunu aradan qaldırmanın yolları
Ağız qoxusunu aradan qaldırmanın yolları
12 iyul 2022