12:46, 31 avqust 2025
Xəbərlər

Bağçalar açılır: Valideynlər nələrə diqqət etməlidirlər?

 

Son illərdə valideynləri narahat edən əsas məsələlərdən biri də bağçalarda uşaqların tez-tez xəstələnməsidir.

Rəsmi məlumatlara görə, keçən il ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində 50 mindən çox xəstələnmə halı qeydə alınıb.Belə halların artması bağçalarda gigiyena, qidalanma və göstərilən diqqətin yetərli olub-olmadığı məsələsini gündəmə gətirir.

Bəs uşaqların bu qədər tez-tez xəstələnməsinə səbəb nədir və bunun qarşısını almaq üçün bağçalarda hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı Saglamomur.com-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, bağçalarda uşaqların tez-tez xəstələnməsinin səbəbi infeksiya, zəif immunitet və gigiyena çatışmazlığıdır:


 

“Bağçalarda uşaqların çox xəstələnməsinin əsas səbəbi infeksiyalarla tez-tez təmasda olmalarıdır. Çünki hava-damcı yolu ilə yayılan infeksiyalar ən çox ilk 5 yaşda müşahidə olunur və uşaqlar bir-birlərini asanlıqla yoluxdururlar.

Onların tez-tez əşyalarını paylaşması, bir-biri ilə yaxın təmasda olması və xəstə uşaqların baxçaya göndərilməsi infeksiyanın yayılmasına səbəb olur. Eyni zamanda, peyvəndləri vaxtında vurulmayan uşaqlarda immun sistemi zəif olur və bu da onların daha tez-tez xəstələnməsinə şərait yaradır. Uşaqların gec yatması, düzgün və sağlam qidalanmaması da xəstələnmə hallarını artıran digər mühüm amillərdəndir”.

Onun sözlərinə görə, xəstələnmənin qarşısı almaq üçün gigiyena, qidalanma və peyvənd vacibdir:

“Bağçalarda uşaqların xəstələnməsinin qarşısını almaq üçün ilk növbədə valideynlər xəstə uşaqları kollektivə göndərməməlidirlər. Bu məsələyə bağçalar da ciddi nəzarət etməli, xəstə uşaqlar müəyyən olunaraq geri qaytarılmalıdır. Əgər uşaq baxçaya sağlam gəlib, gün ərzində narahatlıq hiss olunarsa, dərhal valideyninə xəbər verilməli və uşaq digər uşaqlardan təcrid edilməlidir”. 

Pediatr qeyd edib ki, baxçalarda vitaminlərlə zəngin olan menyulardan istifadə edilməlidir:

“Uşaqların tez-tez xəstələnməsinin qarşısını almaq üçün onların şəxsi gigiyenasına xüsusi diqqət yetirilməlidir. Əllərin tez-tez yuyulması, xəstə uşağın əşyalarının digərləri ilə paylaşılmaması vacibdir. Bağçalarda yemək menyusu uşaqların immun sistemini gücləndirəcək şəkildə hazırlanmalı, vitaminlərlə zəngin qidalar menyuya daxil edilməlidir.

Eyni zamanda, profilaktik peyvəndləri tamamlanmamış uşaqların bağça və məktəblərə qəbuluna nəzarət gücləndirilməlidir.Bu yolla valideynlər peyvəndləri vaxtında etdirməyə təşviq olunacaq, çünki hazırda lazımsız şəkildə peyvənddən yayınma halları müşahidə olunur”.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
07 dekabr 2024
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
08 dekabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
07 dekabr 2024
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
07 dekabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022