Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Orqanizmimizdə baş verən narahatlıqları çox vaxt keçici hal kimi qəbul edir, fikir vermirik. Fəsadları ortaya çıxandan sonra müalicəsi isə heç də yaxşı effekt vermir. Gecikdirilmiş, müalicəyə ehtiyacı olan xəstəliklər vaxtında diaqnozu qoyulmadığı üçün sonradan problemlərə yol açır.
Tibbdə qəribə sindromlar var ki, bu sindromlar insanlar tərəfindən xəstəlik kimi qəbul olunmur, yaxud xəstəlik kimi tanınmır. Tanınmayan xəstəliklərin ağrıları isə daha ağır olur. İnsanların əllərində zaman-zaman keyimələr baş verirsə, bu keyimələr ağrılara gətirib çıxarırsa, tez-tez ev əşyaları əldən düşüb qırılırsa, deməli, əldə Karpal-tünel sindromunun olma ehtimalı var və buna diqqət yetirmək lazımdır. Bu sindroma yaxalanan insanlar əllərini uzun müddət işlətmirmiş kimi keylik hiss edir və ən yüngül əşyanı götürməyə belə çətinlik çəkirlər.
Həkim ortoped Rufid Ağayev məhz bu tip keyləşmələrin sindromun göstəricisi ola biləcəyini bildirir. Onun sözlərinə görə, qol keyimələrini nəzarətsiz buraxmaq sonradan qolun vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər: "İnsan orqanizmində hər hansı bir narahatlıq özlüyündən yaranmır. Bunun mütləq ki, bir səbəbi var. Xüsusən o narahatlıq insanı gündəlik həyatından məhrum edir, əzab verirsə, deməli, vəziyyət ciddidir. Karpal-tünel sindromu da bu tip narahatlıq verən və gündəlik iş rejimini axsadan bir sindromdur. Bu, qol keyiməsi, gücsüzlük və əşyanı tutabilməmək kimi hallarla özünü göstərir".
Əlini, qolunu çox işlədənlər, kompüter başında olanlar, gözəllik salonlarının işçiləri, sürücülər, yaxud incə əl işləri ilə məşğul olanlar, bir sözlə, daim eyni hərəkəti etməyə məcbur olan insanlarda bu sindrom daha çox müşahidə olunur. Biləkdə olan ağrılar bu xəstəliyin var olma ehtimalını artırır. R.Ağayev bildirir ki, əldə sinirlərə olan təzyiqə görə ağrılar hiss edilə bilər və insan əlini sanki məngənədə sıxırlarmış kimi hissə qapılar. Bu hal yuxuda baş verdikdə insan qeyri-ixtiyari əlini havada yelləməyə başlayır: "Sindrom əl biləyindən keçən sinir damarının təzyiq altında qalmasından yaranır. Bu sinir əlin hansı barmağında varsa, o barmaqlar ağrılara yol açır. Ağrılar baş barmaqdan 4-cü barmağa qədər uzana bilir. İlkin əlamətləri əlin uyuşması, tikan batma hissi, yaxud əksinə hissiyyatsızlıq kimi özünü göstərir. Bəzən bu narahatlıq insanı yuxudan oyadana qədər böyüyür".
Sindrom olan əldə zamanla itən hissiyyat əşyaları tutma qabiliyyətinin itməsinə səbəb olur. Ev xanımlarında ev əşyalarını tuta bilməyəcək qədər gücsüzlük yaranır. İtən hissiyyat ya əşyanın əldən düşməsinə səbəb olur, ya da əşyanı nə qədər möhkəm tutub-tutmamasını bilməyəcək qədər əli zəiflədir. Xəstəlik daha da irəlilədiyi zaman əzələlər daha da zəifləyir. Bu isə əlin fəaliyyətinin daha da itməsinə səbəb olur. Həkim ortopedin sözlərinə görə, bu sindrom hamıda görünə bilər, amma xüsusən 45-55 yaşlarında meydana çıxır. Qadınlarda kişilərə nisbətən daha çox görünür, buna səbəb də qadın orqanizminin daha zəif olmasıdır: "Hamilələrdə daha çox yaranır və yaranmasına səbəb də onların bədənində su faizinin çox olmasıdır. Hamilələrdə görülən bu sindrom doğumdan sonra düzəlir. Kişilərdə də görülmə ehtimalı var. Bu sindrom kompüter, kalkulyator istifadə edən insanlarda da yarana bilər, amma bu çox da geniş yayılmış bir hal deyil".
Əl keyimələrinin ən birinci səbəbi sinirlərin sıxışmasıdır. Sindrom ən çox paltar sıxan qadınlarda müşahidə olunur. Əl biləkləri burulan zaman sinir ətrafında olan bağlar qalınlaşmağa başlayır. Əlini normadan çox istifadə edən insanlarda bu sindromun görülməsi mümkündür.
Sindromun müalicəsinə gəlincə, həmsöhbətimizə əməliyyatdan öncə əl gimnastikasını məsləhət görür. Gimnastika effekt vermədikdə isə çarə əməliyyatdır. Amma təzə başlandığı müddətdə əməliyyatsız da müalicə etmək mümkündür: "Gimnastika zamanı əlin biləyinin gərilməsi lazımdır. Əli açıb bağlamaqla hərəkət etdirmək, mümkün qədər əli "yormaq" məsləhətdir. İkinci halda isə əli bağlamaq lazımdır. Əgər zamanla hissiyyat yerinə gəlməzsə, o zaman əməliyyat etdirmək lazımdır. Xəstələrin böyük bir qismi sonunda əməliyyat olunur. Xəstələrin zaman keçirmədən əməliyyat olunması daha yaxşı effekt verir. 10 gün ərzində əli ehtiyatla işlətmək lazımdır. 10 gündən sonra əməliyyat olunan bilək yenidən öz gücünü geri almış olur".
Əldə, sadəcə, keyimə varsa, onda həkimə müraciət etmək lazımdır. Boyunda olan gərginlik, yaxud ürəkdə olan narahatlıqlar da əlin uyuşmasına səbəb ola bilər. Hər əl keyiməsi insanda mütləq sindromun olması demək deyil. Sinir sıxışması varsa, bunu çox rahat ayırd etmək olar. Əgər yuxuda olarkən keyimə varsa və bu sızıltılar sizi incidəcək qədər narahat edirsə, onda bu hal sindromun olmasının göstəricisidir və əməliyyatdan çəkinmək lazım deyil. Çünki əməliyyat olunmayan əldə sinirlər daha da zədələnir və bu zədələnmədən sonra müalicələr heç bir effekt vermir.Ekspress.az
![Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?](/uploads/posts/2022-08/medium/1657301577_upload_article__0_0_eriskinlerde-bas-agrisi-2854.jpg)
![Balıq yağı həqiqətən faydalıdırmı?](/uploads/posts/2022-07/2382473.jpg)
![Qulaq ağrılarının səbəbləri və müalicəsi](/uploads/posts/2022-07/qulaq_agrisi_01254.jpg)
![Gülüşün növləri və faydaları](/uploads/posts/2022-07/qulmek.jpg)
![Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ](/uploads/posts/2023-04/anjiyo-nedir_6641_1.jpg)
![Böyrəklərin təbii yolla müalicəsi](/uploads/posts/2022-07/3255814.jpg)
!["Ürək nevrozu" nədir və hansı əlamətləri var?](/uploads/posts/2022-07/large_ba0c689c65_1530627885.jpg)
![Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR](/uploads/posts/2022-07/deri_676.jpg)
![Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?](/uploads/posts/2022-07/medium/urekbulanma_281221.jpg)
![Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?](/uploads/posts/2022-07/4d68c7.jpg)
![Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!](/uploads/posts/2022-07/medium/stress_work_190516.jpg)
![Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi](/uploads/posts/2022-07/qarin_mede_agrisi_0451.jpg)
![Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?](/uploads/posts/2022-07/470949.jpg)
![Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma](/uploads/posts/2022-07/images.jpg)
![Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul](/uploads/posts/2022-08/medium/3872853.jpg)
![Diz ağrılarımız bizə nə deyir?](/uploads/posts/2022-09/diz-agrilari.jpg)
![Kontakt linzaları haqqında bilmədikləriniz faktlar](/uploads/posts/2022-07/linza_0124.jpg)
![Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar](/uploads/posts/2022-07/997820.jpg)
![Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul](/uploads/posts/2022-07/medium/3218117_810x458.jpg)
![Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?](/uploads/posts/2022-10/5151.jpg)
![İnsan psixologiyasını necə gücləndirmək olar? - 4 təsirli üsul](/uploads/posts/2022-10/depressiya_5.jpg)
![Soyuqdəymənin müalicəsi ilə bağlı 5 YANILMA](/uploads/posts/2022-07/soyuqdeyme_0092.jpg)
![Qanazlığının əlamətləri](/uploads/posts/2022-07/medium/807576.jpg)
![Südün inanılmaz FAYDALARI](/uploads/posts/2022-07/medium/183811.jpg)