00:35, 22 iyul 2022
Göz xəstəlikləri

Çəpgözlüyün Səbəbləri

  

Çəpgözlük gözlərin paralelliyinin itməsidir. Hər gözdə 6 ekstraokulyar əzələ var.  Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır. Bir göz düz baxarkən, digər göz daxilə, xaricə, yuxarı və ya aşağı baxa bilər. Bəzi hallarda hər iki gözdə sürüşmə var.

Çəpgözluk səbəbindən asılı olaraq davamlı və ya müvəqqəti ola bilər. Çəpgözlüyün tək səbəbi yoxdur. Çəpgözluk müxtəlif səbəblərdən meydana gələ bilər.

Çəpgözlük müalicəsində erkən diaqnoz çox vacibdir. İlk göz müayinəsinə gec gəldikdə, uşaqların gözlərində estetik problemlər ilə yanaşı ömür boyu qalan görmə problemləri yarana bilər. Uşaqların doğuşdan dərhal sonra və uşaqlıq dövründə gözdən şikayətləri olmasa belə, mütəmadi olaraq oftalmoloq tərəfindən müayinə olunmalıdır.
Çəpgözlüyün Səbəbləri
Çəpgözlüyün tək səbəbi yoxdur. Problemli hamiləlik dövrü, problemli doğuş, uşağın inkişafı və xəstəliklər çəpgözlüyə səbəb ola bilər. Çəpgözlüyə genetik meyl də var. Ailədə çəpgözlük varsa, uşaqlarda onun yaranma ehtimalı artır.

Uşaqlıqda, yəni 2 yaşdan sonra yaranan çəpgözlüyün səbəbi göz xəstəlikləridir. Çəpgözlüyə meylli bir uşaqda, qızdırmadan və ya travmadan (yıxılma, əməliyyatlar, qəzalar) sonra çəpgözlük başlaya bilər.

Göz əzələlərimizin hərəkətini istiqamətləndirən mərkəz beyindədir, buna görə də sinirlərin iflici göz çəpliyinə səbəb olur. Qəzalar, baş travması, qızdırmalı xəstəliklər, hipertenziya və diabet kimi xəstəliklər bəzi hallarda göz sinirlərinin iflicinə səbəb ola bilər. Bu şəkildə meydana gələn çəplik zamanı iflicin qalıcı olub-olmamasından asılı olaraq müalicə üsulu dəyişə bilər. Əzələ iflici səbəbiylə yaranan göz çəpliyi uşaqlarda tənbəl göz sindromuna və yuxarı yaş qruplarında cüt görməyə səbəb ola biləcəyi üçün müalicə mütləq lazımdır.

Çəpgözlüyün Əlamətləri

Göz paralelliyin itirilməsi
Göz yaşarması
Ağrı
Baş ağrısı
Cüt görme
Üçölçülü görmənin itməsi
Bulanıq görmə
Başı və ya üzü yana əyməsi
Körpəlikdə və uşaqlıqda baş verən bəzi çəpliklər yalançı çəpliklərdir. Yalançı çəplik göz qapaqlarının və burun kökünün eni səbəbindən meydana gələn  bir görünüşdür. Bu vəziyyəti tam aydınlaşdırmaq üçün göz müayinəsi aparılmalıdır.

Eyni gözün daimi çəp qalması o gözdəki görmənin daha pis olduğuna işarədir və bu çox önəmlidir. Bu səbəblə birtərəfli çəplik zamanı körpələr və uşaqlar dərhal göz müayinəsindən keçməlidir. 

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Erkən klimaks və onun əlamətləri
Erkən klimaks və onun əlamətləri
21 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Hansı pis vərdiş gözünüzü kor edə bilər?
Hansı pis vərdiş gözünüzü kor edə bilər?
13 iyul 2022
Südün inanılmaz FAYDALARI
Südün inanılmaz FAYDALARI
25 iyul 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
01 oktyabr 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?
Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?
12 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
İNSULT zamanı ilk yardım. Hər kəs üçün VACİB MƏLUMAT!
İNSULT zamanı ilk yardım. Hər kəs üçün VACİB MƏLUMAT!
19 noyabr 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022