Lazer epilyasiyanın FƏSADLARI VAR? - Bu şəxslər diqqətli olsun...
Xanımların bir çoxu arzuolunmaz tüklərdən xilas olmaq üçün lazer epilyasiyasına üz tuturlar. Bu prosedur rahat olsa da, bəzən istənilən nəticəni əldə etmək mümkün olmur.
Hətta bir çox xanımlar lazerdən sonra dərisində yanıq ləkəsi , qızartı, səpki kimi problemlərin yarandığını bildirir.
Məsələ ilə bağlı Gundem.az-a açıqlama verən dermatoloq Günay Rauf bildirib ki, bu problemlərin əsas səbəbi lazer aparatının düzgün seçilməməsidir.
“Yay mövsümündə diod və ya aleksandrit lazer epilyasiyasına üstünlük vermək lazımdır. Qış fəsillərindən fərqli olaraq bu dönəmdə həmin prosedurlar daha aşağı enerji ilə həyata keçirilməlidir. Və mütləq nəzərə almaq lazımdır ki, dəridə olan melanin sadəcə tükdə deyil dəridə də var və lazerin təsiri həm dəridə olan melaninə, həm də tükdə olan melaninə təsir edir. Nəticə olaraq dəridə xoşagəlməz nəticələr əmələ gəlir. Yara, müxtəlif dəri xəstəlikləri və səpki olan nahiyələri epilyasiya etdirmək tövsiyə olunmur. Həmçinin prosedurdan sonra dərimizi günəş şüalarından qorumalıyıq.”
Müsahibimiz bəzən insanların lazerin xərçəng və digər təhlükəli xəstəlikləri yarada biləcəyindən ehtiyat etdiyini də vurğulayıb. Lakin mütəxəssisin sözlərinə görə bu düşüncələr əsassızdır:
“Lazer prosedurları dəri xərçənginə səbəb ola bilməz. Əgər xərçəng varsa lazer prosedurları onu ağırlaşdıra bilər. Dəri yanıqlarında isə ilk yardım olaraq iki-üç saatdan bir pentanol kremindən istifadə etmək lazımdır. Digər vasitələrə isə ehtiyac yoxdur. Epilyasiyadan sonra mütləq günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Epilyasiyadan 1 həftə əvvəl və 1 həftə sonra salari, günəş vannası tövsiyə olunmur hətta qadağandır
Hamilə qadınlar yalnız 4-cü aydan sonra(riskli hamiləlik keçimirsə) yeni əməliyyat olunmuş şəxslər isə 3 aydan sonra lazer etdirə bilərlər. Həmçinin yüksək allergiyası olan, zob xəstələyindən əziyyət çəkənlərə də epilyasiya məsləhət deyil. Gözəllik qurban tələb edir deyirlər. Amma unutmayaq ki, dünyada ən gözəl nemət can sağlıdır",-dermatoloq qeyd edib.