Diş Əti Xəstəliklərinin Təbii Yolla Müalicəsi
Bu paylaşımda diş əti xəstəliklərinin ev şəraitində təbii yolla müalicəsi və diş əti baxımı haqqında yazmaq istəyirəm. Bəhs edəcəyim əsas 2 vasitə olan nar suyu və kəklikotu Prof. Dr. İbrahim Adnan Saraçoğlunun məsləhətidir.
Sağlam Diş Əti
Sağlam diş əti açıq çəhrayi rəngdə olur və dişin boyun nahiyyəsini çox sıx, möhkəm şəkildə əhatə edir.
Diş Əti Xəstəliklərinin Başlıca Səbəbələri
Diş əti xəstəliklərinin ən başlıca səbəblərindən biri diş daşı və diş ərpidir. Hansı ki, bu halda mütləq həkimə getmək və daşlarla ərpləri təmizlətmək lazımdır. Daha sonra isə ev şəraitində təbii vasitələrlə və qarqaralarla diş əti sağlam halına geri qaytarıla bilər. Diş daşı və diş ərpinin yaranma səbəbləri isə:
Vaxtında fırçalamamaq
Dişlər səhər və axşam olmaqla, gündə 2 dəfə fırçalanmalıdır. Fırçalama müddəti isə 2-3 dəqiqə olmalıdır.
Düzgün fırçalamamaq
Dişləri düzgün fırçalama haqqında videolara baxa bilərsiniz. Əksər insanlar düzgün olmayan şəkildə; yəni, dairəvi şəkildə fırçalayırlar. Bu isə diş əti çəkilməsinə səbəb ola bilər.
Diş sapından istifadə etməmək
Bilinənin əksinə, sap 2 dişin arasını yox, daha çox dişlə diş əti arasını təmizləmək üçündür. Fırçanın girə bilmədiyi hissələr üçün diş sapından mütləq istifadə etmək lazımdır. Həftədə azı 2-3 dəfə diş sapı ilə dişlərinizin arasını təmizləyin. Bununla da bağlı videolara baxa bilərsiniz.
Ancaq diş əti xəstəliklərinin başqa səbəbləri də ola bilər. Bunlar aşağıdakı səbəblərdir:
Genetik meyillilik
Qocalma
Maddə asılılığı
Siqaret çəkmək
Şəkərli diabet
Stres
Mədə-bağırsaq xəstəlikləri
Düzgün qidalanmamaq
Hamiləlik
Hormon dəyişiklikləri
Sistemik xəstəliklər
Müəyyən dərmanların istifadəsi
İmplant dişlər