00:08, 30 iyul 2022
Xalq təbabəti

Qatığın Sağlamlığa İnanılmaz Faydası

 

Qatıq zəngin mineral və vitamin məzmunu sayəsində gündəlik qidalanmada sağlamlığa faydalıdır. Azərbaycan mətbəxində çox əhəmiyyətli bir yeri olan qatığı uşaqlıq dövründən etibarən hər yaşda insan rahatlıqla istifadə edə bilir.

Qatıq, südün laktik turşu fermantasiyası nəticəsində əldə edilir. Süd ilə müqayisədə laktoz nisbəti aşağı olmaqla yanaşı  kalsium, zülal və quru maddə nisbəti yüksəkdir. Bir çox mineraldan əlavə tərkibində B qrup vitaminləri, A vitamini və E vitamini var.


Qatıq tərkibindəki kalsiuma görə yalnız sümük və dişlər üçün deyil, eyni zamanda tərkibindəki maqnezium və kaliuma görə əzələ funksiyaları və sinir sistemi üçün əhəmiyyətlidir. Qatıqdakı probiotiklər həzm sistemi və bağırsaq florası üçün çox faydalıdır.

Həzm sisteminin tənzimlənməsinə kömək edən və bu sayədə immunitetə müsbət təsir göstərən mikroorqanizmlərə “probiotiklər” deyilir. Probiotiklər bağırsağın təbii florasının xəstəliyə səbəb olan hər hansı bir zərərli orqanizmə qarşı maneə yaratmağa kömək edir. İmmunitet sistemi hüceyrələrinin böyük bir qismi bağırsaqlarda olur və bağırsaqların güclü olmağı immunitet sisteminin də güclü olduğunu göstərir.


Qatıq, probiotiklər sayəsində həm bağırsaq florasını, həm də immunitet sistemini gücləndirir. Bağırsaq florasını tənzimlədiyi üçün kolon xərçəngi riskini azaldır və immuniteti gücləndirdiyinə görə allergik xəstəliklərə qarşı müqaviməti artırır. Qatıq südlə müqayisədə aşağı laktoza tərkiblidir. Bu səbəblə süd içə bilməyən şəxslər üçün qatıq uyğundur.

100 qram qatıqda 4,5 qram zülal var. Qatıq kimi zülalı yüksək qidalar əzələlərin inkişafını dəstəkləyir, lakin az zülallı qidalara görə hər zaman daha doyurucudur.


Qatıq  kalsiumla da zəngindir. Kalsium sümükləri, dişləri güclü edən bir mineraldır. 100 qram qatıq kalsium ehtiyacının 15% -ni ödəyə bilər. Qatıqdan alınan kalsium yağları yandıraraq arıqlamağı sürətləndirir.

Qatıqda kalium, fosfor, riboflavin, yod, sink, A, E və B vitaminləri var. Bu qatıqı mədə-bağırsaq xəstəliklərindən, pis xolesteroldan və hipertenziyaya səbəb olan ürək-damar xəstəliklərindən qoruyucu bir qida halına gətirir. Bundan əlavə fermentləşdirilmiş süd məhsulları, xüsusilə qatıq istifadəsində döş xərçəngi riskinin azaldığı müəyyən edilib.


Qatığın Yaşıl Suyunu Qətiyyən Atmayın!

Qatığın yaşıl suyunu süzüb tökməyin. Bu su zəngin bir vitamin mənbəyidir, şorba ilə qarışdırıb və ya ayran kimi içilə bilər. Qatığın suyu süzülüb töküldükdə onda olan riboflavinin yüksək miqdarı itir. Halbuki riboflavin böyümə, toxuma bərpası və maddələr mübadiləsindən məsuldur. Digər bir vacib məqam, xolesterol xəstələri qatığın qaymağından istifadə etməməlidir və az yağlı süd məhsullarına üstünlük verməlidir.

Ev Şəraitində Hazırlanmış Qatıqlara Üstünlük Verin

Gündəlik istifadə etdiyiniz qatığın miqdarı digər süd məhsullarının istifadəsindən asılıdır. Süd və pendir heç vaxt istifadə etmirsinizsə qatıq yeməyin miqdarını artırmalısınız. Bundan əlavə, gündəlik alınacaq miqdar insanların enerji ehtiyaclarına görə dəyişir. İstifadə edəcəyiniz qatığın ev şəraitində hazırlanması əhəmiyyətlidir.

Uşaqlara Doğru Miqdarda Qatıq Yedizdirin


Süd və süd məhsullarından istifadə miqdarı yaş, cinsiyyət və fizioloji vəziyyətə (böyümə və inkişaf dövrü, hamiləlik və lakstasiya dövrü, yaşlılıq kimi) görə dəyişir. Gündəlik:

1-3 yaşlı uşaqlar gün ərzində 4 porsiya
4-6 yaşlı uşaqlar gün ərzində 3-4 porsiya
7-9 yaşdan yuxarı uşaqlar 3 porsiya
10-18 yaşlı uşaqlar da az yağlı və təbii qatıqdan 4 porsiya istifadə edə bilər.


Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Südün inanılmaz FAYDALARI
Südün inanılmaz FAYDALARI
25 iyul 2022
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
01 oktyabr 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Limonun faydaları və ziyanı
Limonun faydaları və ziyanı
12 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Yaddaşı necə gücləndirmək olar?
Yaddaşı necə gücləndirmək olar?
16 iyul 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
27 sentyabr 2022