15:29, 29 iyul 2022
Uşağın sağlamlığı

Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?

  

Hiperaktivlik (“hiper” yunanca yüksək, “aktivas” hərəkət və ya hərəkətli deməkdir) termini aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip uşaqlar ətraf mühitlə münasibətdə çətinlik çəkir, onlarda aşağı özünüqiymətləndirmə müşahidə olunur.

Hiperaktivlik və diqqət yayğınlığı sindromunu ilk dəfə 1845-ci ildə doktor Henrix Hoffman təsvir edib. O, bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlayıb. Nəticədə uşaqların xarakterlərini əks etdirən kitab – sakitləşə bilməyən Filipin hekayəsi ortaya çıxıb. Burada alman alimi Henrix Hoffman bir dəqiqə belə sakit otura bilməyən, hərəkətli uşağı təsvir edib. Həmin alim bu uşaqlara “Hərəkətli fil” adı verib.

Hiperaktiv – diqqət əskikliyi və həddindən çox hərəkətlilik simptomlarını göstərən uşaqlara deyilir. Bu cür uşaqlarda diqqət yayğınlığı, davamlı, həddindən çox hərəkətlilik, ətrafında olan uşaqlarla yola getməmək kimi problemlər meydana çıxır. Bu, bəzən kənardan tərbiyəsizlik kimi görünə bilər. Amma belə deyil.

Bu problem məktəblilərdə daha çox görünür. Qızlarda özünü diqqət əskikliyi, oğlanlarda isə həddindən çox hərəkətlilik formalarında göstərir. Hiperaktiv uşaqlarda ən böyük problem diqqətlərini bir işə cəmləyə və başladıqları işi sona qədər bitirə bilməməkdir. Belə uşaqlar həvəslə, həyəcanla başladıqları bir işi sona çatdırmamış başqa işə keçirlər. Onlarda əl, göz koordinasiyası zəif olur və bu da akademik biliklərə yiyələnməkdə çətinlik yaradır. Müəllim dərs başa salarkən bu cür uşaqlar ya xəyal qurarlar, ya da başqa bir işlə məşğul olarlar. Məsələn: qələmlə oynayarlar, partanın üstünü yazarlar, çantada qurdalanarlar, başqasının diqqətini dağıtmağa çalışarlar. Lövhədə yazılan yazını səhv köçürərlər. On dəqiqəyə həll olunan bir tapşırığı bir saata tamamlaya bilməzlər. Dərs etməkdən heç xoşları gəlməz, tapşırıqlarını səhv və yaxud yarımçıq edərlər. Bir sözlə, bu tip uşaqlar dərslərində çox zəifdirlər. Ancaq bunun onların zəkasıyla heç bir əlaqəsi yoxdur.

Hiperaktiv uşaqlar çox hərəkətlidirlər. Bütün günü tullanıb düşər, dostlarını itələyər, divara dırmaşmağa çalışar, susmaq nədir, bilməzlər. Bir mövzudan digər mövzuya keçər, başqasının sözünün bitməsini gözləmədən sözlərini kəsərlər. Qayda-qanuna tabe olmazlar. Edilməməsi lazım olan hərəkətləri bilərəkdən edirlər. Günahlarını boyunlarına alsalar da, səbəbini soruşduqda cavab verə bilməzlər. Məktəbə təmiz geyimdə gedər, qayıdanda isə üst-başları dağınıq və çirk içində qayıdarlar. Əşyaları səliqəsiz, otaqları dağınıq olar, hər gün bir əşya itirərlər. Gah gülər, gah ağlayarlar. Bu uşaqlarda bir xüsusiyyət də var: onlar görmədikləri əhvalatı sanki başlarına gəlibmiş kimi nağıl edirlər. Normal uşaqlar törədəcəyi işin nəticəsini bilir. Əgər xoşagəlməz nəticə görürsə, onu təkrarlamamağa çalışır. Ancaq hiperaktiv uşaqlar sonu bilə-bilə eyni hərəkəti yenidən edir. Buna görə də onların təhlükəli davranışları çoxdur.

Hiperaktiv uşaqlar ancaq yanlış addım atdığı zaman böyüklərin diqqətini çəkir. Ona görə uşağınıza gözəl sözlər deməyiniz, əzizləyib mükafatlandırmağınız çox önəmlidir. Valideyn və ailə üzvü, dostların bu cür müsbət dəstək və sevgisi uşağın özünü yaxşı duymasına xidmət edir. Belə uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışanda mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq yaxşı nəticə verir. Hiperaktiv uşaqlar lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura, xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.

Hiperaktiv uşaqlar bir müəllimi sevdilərsə, onu eşidəcək, dərsini oxuyacaq, əksinə olanda vəziyyət bir qədər çətinləşir. Ona görə belə uşaqlara müəllimləri sevdirmək lazımdır.

Əgər övladınızda hiperaktivlik, diqqət yayğınlığı kimi hallar müşahidə edirsinizsə, psixoloq dəstəyi almaq məsləhət görülür.

Alidə Əhmədova

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Uşaqları mövsümi infeksiyalardan necə qoruyaq? – Pediatrdan AÇIQLAMA
Uşaqları mövsümi infeksiyalardan necə qoruyaq? – Pediatrdan AÇIQLAMA
01 oktyabr 2022
Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!
Xroniki yorğunluq sindromu istirahət etməklə keçməz!
12 iyul 2022
Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?
Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?
12 iyul 2022
Südün inanılmaz FAYDALARI
Südün inanılmaz FAYDALARI
25 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Səhiyyə Nazirliyindən koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ
Səhiyyə Nazirliyindən koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ
15 iyul 2022
Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!
Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!
19 iyul 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022