22:54, 07 dekabr 2024
Hamiləlik və doğuş

Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları

 

Hamiləlik zamanı qadınların bir çox hissəsi ağrılarla üzləşir. Bəzən belə ağrılar hamiləliklə, bəzən isə digər xəstəlik və pozulmalarla bağlı olur.

Adətən qarın nahiyyəsində olan ağrılar qadınları çox narahat edir. Lakin bu heç də o demək deyil ki, hamiləlik təhlükə altındadır. Belə ağrılar mədə-bağırsaq sistemində olan pozulmalarla əlaqəli ola bilər. Ümumillikdə isə hamiləlik mədə-bağırsaq orqanların fəaliyyətinə güclü təsir edir. Böyüməkdə olan uşaqlıq bağırsaqları sıxır. Hamiləliklə bağlı olan proqesteron hormonunun artması da bağırsaqların normal fəaliyyətini pozur. Məhz bu səbəbdən hamilə qadınlar tez-tez qəbizlikdən və digər həzm proseslərin (qıcqırma, meteorizm və s.) pozulmalarından əziyyət çəkir.

Qəbizlik ağrılara və ağırlıq hissiyyatının əmələ gəlməsinə səbəb ola bilər. Bu kimi hallarla mübarizə aparmaq üçün qadın hamiləlik zamanı düzgün qidalanmalı, gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etməlidir və kifayət qədər su içməlidir. Bundan əlavə hamilə qadın mümkün qədər çoxlu gəzməli və fiziki hərəkətlər etməlidir ki, bağırsaqların fəaliyyəti yaxşılaşsın.

Ağrıların digər səbəbi - uşaqlığı saxlayan bağların dartılmasıdır. Döl böyüdükcə uşaqlığın da ölçüləri artır ki, nəticədə bağlar daha da dartılır. Bağların dartılması ilə bağlı olan ağrı kəskin və cəld hərəkətlərdən, asqırmaqdan, ağır əşyaların qaldırmasından sonra daha güclü ola bilər. Ağrı bu zaman kəskin olsa da qısamüddətli olur. Ağrısızlaşdıran preparatlardan istifadə etmək tövsiyə edilmir. Sadəcə qadın daha asta hərəkət etməli və özünü bir qədər qorumalıdır.

Güclü fiziki gərginliklər də qarın əzələlərin həddən artıq gərginləşməsinə səbəb olaraq ağrılara gətirib çıxara bilər. Bu halda sadəcə uzanmaq və bir qədər dincəlmək lazımdır.

Saglamolun.az bildirir ki, əgər qarında olan ağrılar yüksək hərarət, ürəkbulanması, başgicələnməsi ilə müşayiət olunursa, tez bir zamanda "təcili yardım" çadırmaq lazımdır. Bu simtomlar appendisit, pankreatit, bağırsaq keçməməzliyi və s. təhlükəli xəstəliklərin simptomları ola bilər.

Təəssüf ki, hamiləlik zamanı qarında olan ağrılar ginekoloji problemlərə də işarə edə bilər. Bu ağrı hamiləliyin pozulmasının təhlükəsindən xəbər verə bilər. Bu halda ağrılar sızıldayan olur, bel nahiyəsinə yayılır və doğuş sancılarını xatırladır. Belə ağrılar cinsiyyət yollardan gələn ifrazatlarla (ifrazatların rəngi aşıq qəhvəyidən qırmızıya qədər ola bilər) müşayiət oluna bilər. Belə simptomlar meydana çıxandıqda dərhal həkimə müraciət etmək lazımdır. Qadın "təcili yardım" çağırmalı, özü isə uzanmalı və sakitləşməyə çalışmalıdır. Lazım olduqda qadın xəstəxanaya yerləşdirilə bilər.

Ağrıların səbəbi o cümlədən uşaqlıqdan kənar hamiləlik ola bilər. Bu səbəbdən hamiləliyin erkən müddətlərində USM-dən keçmək lazımdır ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun. USM zamanı hamiləliyin təxminən 4-cü-5-ci (bəzən 6-cı) həftələrində (axırıncı menstruasiyanın birinci günündən sayılır) uşaqlıq boşluğunda döl yumurtası izlənilməlidir. Döl yumurtası izlənilmirsə, uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olur. Bu halda qadına təkrar USM təyin olunur. Uşaqlıqdan kənar hamiləlik qadının səhhəti və bəzən hətta həyatı üçün ciddi təhlükə yaradır və bu səbəbdən aşkar olunduqdan sonra mütləq pozulmalıdır. Bunun üçün xüsusi dərman preparatları və ya nadir hallarda cərrahi üsullar tətbiq oluna bilər.

Hamiləlik zamanı bir çox qadınlar baş ağrılarından əziyyət çəkir. Baş ağrısı başının bir hissəsində yarana bilər (miqren tutması) və ya yayılmış xarakter daşıya bilər (gərginlik baş ağrıları). Adətən bu hallarda həkimlər, xüsusən hamiləliyin əvvəlində, heç bir dərman preparatları təyin etmir və sadəcə daha çox dincəlmək və açıq havada olmaq məsləhət edirlər. Lakin bəzən hamilə qadında olan baş ağrıların səbəbləri daha ciddi olur - beyin qan dövranının pozulmaları, arterial təzyiqin qalxması, böyrək xəstəlikləri, ağır toksikozlar. Bu xəstəliklər və pozulmalar hamiləlik və bəzən hətta qadının həyatı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən hamiləlik zamanı baş ağrıları ilə üzləşdikdə mütləq həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçmək lazımdır.

Hamiləlik zamanı süd vəziləri böyüyür və onlarda müəyyən ağrılar və diskomfort yarana bilər. Məsələ burasındadır ki, hamiləlik zamanı süd vəzilərində dərin struktur dəyişikliklər baş verir ki, nəticədə süd vəziləri laktasiyaya (əmizdirmə) hazırlaşır.

Bu ağrılarla "mübarizə aparmaq" mümkün deyil. Lakin diskomfort hissiyyatı azaldmaq üçün ölçülərinizə uyğun olan rahat sıxmayan büstqalter taxın və qollar və çiyinlər üçün olan asan fiziki hərəkətlər edin (bu süd vəziləri saxlayan əzələ və bağları möhkəmləndirir).

Hamilə qadınların əksəriyyəti (xüsusən hamiləliyin axırıncı aylarında) bel nahiyəsində olan ağrılardan əziyyət çəkir. Bu qadının onurğa sütununa olan gərginliyin artmasından və qarın əzələlərinin zəiflənməsindən irəli gəlir. Adətən bel ağrıları hamiləliyin 5-ci ayından sonra başlayır və yalnız doğuşdan sonra yox olur. Bəzən ağrı ayağa da yayılır ("vurur") və adətən fiziki gərginlikdən, uzun müddət ərzində gəzmək, ayaq üstə durmaq və ya oturmaqdan sonra daha da şiddətlənir. Belə ağrılar hamiləlik üçün heç bir təhlükə yaradmasa da hamilə qadını çox narahat edir. Həkimlər kalsiumla zəngin olan məhsullarını qəbul etmək, bel nahiyəsini mümkün qədər "qorumaq" (kəskin əyilməmək, ağır əşyaları qaldırmamaq və s.), ortopedik döşəkdə yatmaq, qarın və bel əzələlərini möhkəmləndirən xüsusi fiziki hərəkətləri etmək, üzgüçülük və akva-aerobika ilə məşğul olmaq tövsiyə edirlər.     

Bel nahiyəsində olan ağrılar hərarətin qalxması, ödemlərin əmələ gəlməsi, baş ağrılar və arterial təzyiqin qalxması, tezləşmiş sidik ifrazı ilə (sidik bulanlıq, iyli, qan və irin qarışıqlı ola bilər) müşayiət olunursa, bu böyrək xəstəlikləri ilə bağlı ola bilər. Hamiləlik zamanı böyrək xəstəliklərinin inkişaf etməsi və ya kəskinləşməsi hamiləlik üçün təhlükə yaradır. Bu səbəbdən qadın dərhal həkimə müraciət etməlidir.

Bəzən hamiləlik zamanı qadınlar sağ qabırğaaltı nahiyəsində ağırlıq hissi və ağrılar hiss edir. Bu öd yolları və öd kisəsinin diskineziyasının simptomları ola bilər. Böyüməkdə olan uşaqlıq qarın boşluğunda yerləşən orqanlara (o cümlədə, öd kisəsinə) təzyiq edərək onların fəaliyyətini pozur ki, nəticədə həzm prosesin çətinləşməsi, meteorizm,  qəbizlik, öd kisəsinin diskineziyası kimi pozulmalar meydana çıxır. Həkimə müraciət edərək USM-dən keçmək lazımdır. Diaqnoz təsdiq olunduqda, həkim müəyyən pəhriz təyin edəcək.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
07 dekabr 2024
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
04 dekabr 2024
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Öd kisəsində daşlar BU SƏBƏBLƏRƏ GÖRƏ əmələ gəlir
Öd kisəsində daşlar BU SƏBƏBLƏRƏ GÖRƏ əmələ gəlir
09 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
07 dekabr 2024