22:59, 04 dekabr 2024
Dəri, sümük və saç

Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi

 

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.

Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.

Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:

- Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).

Neyrodermit allergik reaksiyanın daha mürəkkəb formasıdır. Neyrodermit zamanı dərinin qaşınan sahələrində dəri qalınlaşır, nahamar olur. Qaşınma gecə saatlarında xəstəni daha çox narahat edir. Neyrodermit adətən insanda uşaq yaşlarında inkişaf edir, vaxtaşırı olaraq kəskinləşir və güclü, dözülməz qaşınma ilə müşayiət olunur. Bir çox hallarda xəstəliyin kəskinləşməsi stresin fonunda inkişaf edir. Xəstə allerqoloqda müalicə almalıdır. Müalicə uzun müddət ərzində kurslarla həyata keçirilir.

- Bir çox hallarda dərinin qaşınmasının səbəbi güclü stress olur. Bəzi psixiki xəstəliklər də (psixoz və s.) qaşınma ilə müşayiət olunur.

- Şəkərli diabet.Bu xəstəlik zamanı qanda şəkərin səviyyəsi artır və bu bütün bədəndə və ya bədənin hər hansı hissələrində (anus, cinsiyyət orqanları) qaşınmaya səbəb olur. Qaşınma xəstəni daim narahat edə bilər və ya vaxtaşırı olaraq meydana çıxa bilər. Qaşınmadan əlavə xəstədə susuzluq, tezləşmiş sidik ifrazı, halsızlıq, bədən çəkisinin azalması kimi simptomlar inkişaf edir.

- Qara ciyərin bir çox xəstəlikləri və pozulmaları zamanı dəridə qaşınma olur. Qara ciyərin fəaliyyətinin pozulması qanın tərkibinə təsir edir ki, bu isə qaşınmaya və s. simptomlara (sarılıq, sidiyin tünd olması, ümumi halsızlıq, dəridə səpgilər və s.) səbəb olur. Qara ciyər sirrozu və xərçəngi zamanı qaşınma çox güclü dözülməz olur, xəstəni olduqca narahat edir.

- Böyrək xəstəlikləri və pozulmaları zamanı böyrəklər qanı yaxşı təmizləmir ki, bunun nəticəsində orqanizmdə çoxlu miqdarda toksinlər, şlaklar və digər ziyanlı maddələr yığılır. Bunun nəticəsində isə dəridə qaşınma yaranır.

- Qotur. Hal hazırda bu xəstəliyə daha nadir hallarda rast gəlinir. Xəstəliyin səbəbi mikroskopik qotur gənəsi olur.

- Bəzi dərman preparatların qəbulu qaşınmaya səbəb ola bilər. Bu halda sizə bu preparatı təyin edən həkimə müraciət etmək lazımdır.

- Göbələk xəstəlikləri də qaşınmaya səbəb olur. Bir çox hallarda göbələk infeksiyası ayaq pəncələrində, cinsiyyət orqanlarında olur. Diaqnoz təsdiq olunduqda, həkim xüsusi göbələkəleyhinə preparatları təyin edir (həb, krem, şam şəklində).

- Babasil, düz bağırsağın iltihabı (proktit) və çatı anus nahiyəsində olan güclü qaşınmaya səbəb olur. Qaşınmadan əlavə xəstəni ağrılar, qanlı, selikli ifrazatlar, nəcis ifrazının çətinləşməsi narahat edə bilər.

- Psoriaz (dəri xəstəliyi) zamanı qaşınma əsas simptomlardan biridir. Zədələnmiş dəri ağımtıl pulcuqlarla örtülür. Psoriaz xroniki xəstəlikdir, onun dəqiq əmələ gəlmə səbəbləri tibbdə hələ ki məlum deyil. Xəstəliyin müalicəsi ilə dermatoloq məşğul olur.

- Kişi və qadınlarda cinsiyyət orqanlarda qaşınma cinsi yolu ilə keçən infeksiyaların əlaməti ola bilər. Bu zaman qaşınmadan əlavə xəstəni qeyri-adi ifrazatlar (irinli, iyli, yaşıl və s.) narahat edə bilər.

- Qadınlarda klimaksdan əvvəl hormonal fon dəyişilir və bu da cinsiyyət yollarında qaşınmaya, quruluğa səbəb ola bilər.

- Kişilərdə prostatit, prostatın adenoması və s. kişi xəstəlikləri zamanı cinsiyyət orqanlarında və anus nahiyəsində qaşınma olur. Bundan əlavə xəstəni aralıq nahiyəsində ağrılar (sidik ifrazı zamanı kəskinləşir), sidik ifrazın çətinləşməsi, bəzən hərarətin qalxması kimi simptomlar narahat edə bilər.

- Dərisi çox nazik və quru olan insanlarda (xüsusilə yaşlı insanlarda) tez-tez qaşınma olur. Bu halda dərini nəmləndirici vasitələrlə nəmləndirmək, küləkdən, günəşdən qorumaq lazımdır.

- Qurd xəstəlikləri (enterobioz və s.) anus nahiyəsinin qaşınmasına səbəb olur.

- Qadınlarda hamiləlik zamanı dəridə qaşınma ola bilər. Qarın nahiyəsinin dərisi güclü dartılır, nazilir və bu qaşınmaya səbəb olur. Doğuşdan sonra qaşınma adətən keçir.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
Pərviz Dadaşov: Dəri baxımı dəri tipinizə uyğun olmalıdır
16 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
04 dekabr 2024
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Çəpgözlüyün Səbəbləri
Çəpgözlüyün Səbəbləri
22 iyul 2022