22:45, 07 dekabr 2024
Faydalı məlumatlar

Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO

 

Bəzən elə hallar olur ki, vaxtında edilən dərman inyeksiyası insanın həyatını xilas edir (şok, uşaqda yüksək hərarət və s.). Ona görə də yaxşı olar ki, hər bir kəs iynə vurmağı bacarsın.

Əlbətdə ki, biz yalnız əzələdaxili inyeksiyanı nəzərdə tuturuq.

1. Əllərinizi mütləq sabunla yuyun.

2. Dərmanın ampula üzərində yazılmış adını diqqətlə oxuyun və yararlıq müddətini yoxlayın.

3. Ampulanı götürüb onu əlinizdə silkələyin, sonra onu başı yuxarı olmaqla tutub dırnaqla onun uc hissəsinə yüngülcə döyəcləyin ki, içərisində maye qalmasın. Daha sonra ampulanın uc hissəsini spirtə batırılmış pambıq ilə silin. 

4. Daha sonra ampulanı açmaq lazımdır. Bunun üçün dərman qutusunun içərisində olan kəsici alət götürüb ampulanı ücunun əsası boyunca bir neçə dəfə “kəsin”, sonra isə ucu  səliqə ilə qoparın.

5. Şprisi çıxarın. İynənin qapağını açmadan onu şprisə keçirin.

6. İynəyə əliniz dəymədən, səliqə ilə onun üstündəki plastik qapağı çıxarın, şprisə taxılmış iynəni ampulanın içərisinə salın, porşeni özünüzə tərəf çəkərək ampulanın  içərisindən sizə lazım olan miqdarda dərmanı şprisə çəkin.

7. Şprisi, iynə taxılan tərəfi yuxarı olmaqla, vertikal şəkildə əlinizdə tutaraq dırnaqla onu yüngülcə döyəcləyin ki, içərisində olan hava qabarcıqları yuxarı qalxsın.

8. Şprisin porşenini yüngülcə sıxın ki, onun içərisində olan hava qabarcıqları xaric olsun. İynənin ucunda dərman damcısı görünən kimi, porşenin sıxılmasını dayandırın.

9. İynənin qapağını taxın.

10. Əzələdaxili inyeksiyalar adətən sağrı əzələsinə (yana) vurulur.

Bu mümkün olmadığı halda (dərinin zədələnməsi, irinlənmə və s.) iynəni bud əzələsinə də vurmaq olar.


 

İynəni sarğı əzələsinə vurduqda xəstəni üzü aşağı olmaqla uzadın ki, sagrı əzələləri zəifləsin (“boşalsın”). Əgər siz kiçik uşağa köməksiz olaraq - təkbaşına iynə vurmalı olsanız, uşağı üzü aşağı dizlərinizin üzərinə qoyun. Uşağın ayaqlarını öz ayaqlarınızın arasında sıxın, sol əlinizlə isə onun belini fiksə edin. Bütün bunları həm tez həm də dəqiqliklə yerinə yetirin! Heç bir halda əzələdaxili iynəni xəstə ayaq üstə olmaqla vurmayın, bu zaman iynə qırıla bilər!

11. Xəyalən, sağrının iynə vurduğunuz hissəsini 4 kvadrata bölün. Əgər iynəni müstəqil şəkildə 1-ci dəfə vurursunuzsa, sağrını qələm ilə çəkməklə 4 kvadrata bölün. Yadda saxlayın ki, əzələdaxili inyeksiya sağrının yalnız xarici yuxarı kvadratına vurulur!


 

Diqqətli olun! Əgər siz iynəni başqa yerə vursanız, sümüyə, qan damarına və ya sinirə düşə bilərsiniz. Bu isə çox təhlükəlidir! İynə vurmamışdan qabaq, bərkimiş və ya düyünlü sahəyə düşməmək üçün, mütləq həmin sahəni barmaqlarınızla əlləyin.

12. İynə vurmaq istədiyiniz yeri spirt məhlulunda isladılmış pampıq ilə silin.

13. Yenidoğulmuşlara və kiçik yaşda olan uşaqlara əzələdaxili inyeksiyanın vurulmasının müəyyən özəllikləri vardır: uşağın iynə vurulan hissəsinin dərisini əzələ qatı ilə birlikdə sol əlin barmaqları ilə büküşə alırlar, iynəni dəriyə yaxın gətirərək, düz bucaq altında olmaqla, cəld hərəkətlə büküşə yığılmış dəriyə vururlar. Yenidoğulmuşlara və ilkin yaşda olan uşaqlara əzələdaxili inyeksiya zamanı iynənin ümumu uzunluğunun yalnız 2/3 hissəsini yeritmək olar. Nisbətən iri yaşlı uşaqlarda əzələdaxili inyeksiyanın vurulması texnikası böyüklərdə olduğu kimidir – bir qədər təzyiq etməklə dəri iki barmaq ilə kənara dartılır və iynə demək olar ki, sonuna qədər həmin nahiyyəyə yeridilir.

14. Tədricən, tələsmədən dərmanı bədənə yeridin.

15. Cəld hərəkətlə iynəni bədəndən xaric edib, iynə vurduğunuz yeri spirtdə isladılmış pambıqla sıxın.

16. İynə vurulan yeri bir qədər masaj etmək lazımdır. Bir sıra antibiotiklər əzələdaxili inyeksiya zamanı pis sorulurlar ki, bu da iynə vurulan yerdə infiltratın (iltihablaşmış sahə) yaranmasına səbəb ola bilər. Bu halda inyeksiya yerinə içərisinə isti su doldurulmuş rezin qovuq (“qrelka”) qoymaq lazımdır.

17. İstifadə olunmuş iynəyə tullamamışdan qabaq mütləq qapağını taxın!

Əgər xəstəyə 1 kurs müalicə yazılmış olarsa, bu halda iynəni bir gün sağa, sonrakı gün isə sola vurulmaqla növbələşdirin.

Əgər dərman preparatı flakonda toz şəklində olarsa, bu halda onu ampulada olan, inyeksiya üçün xüsusi su, novokain və ya digər həlledici ilə (işlədilən dərmanın hansı mayeşəkilli həlledici ilə qarışdırılmalı olduğunu onun qutusundakı işlədilmə qaydalarında oxuya bilərsiniz) qarışdırmaq lazımdır. Flakondakı dərmanı həll etmək üçün bu zaman sizə 2 şpris lazım olacaq:

1. İçərisində maye olan ampulanı (bu inyeksiya üçün su, novokain və ya digər məhlul ola bilər) götürüb, iyənin köməkliyi ilə onu şprisə yığın;

2. İçərisində toz olan dərman şüşəsi flakonunun qapağını spirtə batırılmış pambıq ilə silib, şprisin iynəsi ilə həmin qapağı deşdikdən sonra şprisdəki mayeni onun içərisinə boşaltmaq lazımdır.

3. Şprisin iynəsini çıxarmadan, içərisindəki toz şəklində olan dərman tam şəkildə həll olana qədər flakonu yaxşı-yaxşı silkələmək, sonra isə onun içərisindəki dərmanı şprisə çəkmək lazımdır.

4. Şprisi iynəsi ilə birlikdə flakondan çıxarıb, onun üstündəki iynəni də çıxararaq, şprisə, digər şprisin qapağı üstündə olan yeni iynəsini taxın. Dərman bədənə yeridilmək üçün hazırdır.

Diqqət! İynəni ev şəraitində yalnız istisna hallarda vurmaq olar. Bütün digər hallarda tibb müəssisəsinə (xəstəxana, poliklinika, klinika) müraciət etmək lazımdır.

Bunun səbəbi ondan ibarətdir ki, iynə vurulan zaman anafilaktik şok baş verə bilər.

Anafilaktik şok – orqanizmin ağır allergik reaksiyadır. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir.

Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir və xəstəyə ehtiyac olan tibbi yardım edilmədiyi halda onun ölümü ilə nəticələnə bilər! saglamolun.az//

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
04 dekabr 2024
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Zehninizi rahatlatmaq üçün çuğundurdan necə i̇stifadə etmək olar?
Zehninizi rahatlatmaq üçün çuğundurdan necə i̇stifadə etmək olar?
03 dekabr 2024
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022