Hansı formada yatmaq daha düzgündür - Həkim məsləhəti
ABŞ-ın Stony Brook Universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yanı üstə yatarkən beyin təmizlənir. Yatmaq forması yaddaşsızlığa da təsir edir. Üzü üstə və arxası üstə yatmaq insanların beyninə yaxşı təsir etməsə də yanı üstə yataraq beyin yorğunluğundan xilas olmaq mümkündür.
Yanı üstə yatmaq amneziya ilə birlikdə bir çox sinir xəstəliyinin müalicəsi üçün də faydalıdır.
Bu barədə həkim nevropatoloq Nərmin Hüseynova “Reaksiya”ya açıqlama verib.
Həkim yatmaq formasının yaddaşla heç bir əlaqəsi olmadığı qeyd edib:
“Daha çox sol yanı üstə yatmağı məsləhət görürük, ona görə ki, sağ tərəfdə qara ciyər yerləşir. Arxası üstə də yatmaq düzgün deyil. Çünki arxası üstə yatmaq nəfəs sisteminə pis təsir edə bilər. Əsasən də, balaca uşaqları yanı üstə yatırtmaq lazımdır ki, boğulma halları baş verməsin”.