Boyunuzu uzatmaq üçün bunları etməlisiniz
Boyunuzun qısalığından şikayətçisinizsə və boyunuzu ən azından bir neçə santimetr uzatmaq istəyirsinizsə o zaman diqqətlə oxuyun. Boy uzatmaq istəyən kəslərin çoxu boyunu necə uzadacağını araşdırır, amma doğru üsulu tam olaraq bilmir. Yazımızda sizlərə boyunuzu necə uzadacağınız haqqında yararlı məlumatlar verəcəyik.
Boyumuzu necə uzada bilərik?
Qısa boyu olan insanların cavab axtardığı suallar kateqoriyasında yer alan boyumu necə uzada bilərəm sualına mütəxəssislər fərqli şəkildə cavab verir.
Əvvəlcə hər kəsin bildiyi kimi balanslı qidalanma boyun uzanmasında böyük faktor olaraq qeyd edilir. Boyunuzun uzanması üçün gün ərzində qəbul etməyiniz lazım olan vitamin və mineralları mütləq qəbul edin.
Hansı qidalarla boy uzatmaq mümkündür sualına cavab olaraq bir çox adamın bildiyi kimi balıq yağı içmək, balıq yemək bu mövzuya uyğun cavablardır. Ayrıca süd və süd məhsullarından faydalanmaq da boyunuzun uzanmasına təsir göstərir. Xüsusilə sümük inkişafı baxımından süd məhsullarının faydası daha yaxşıdır.
Boyunuzun uzanması üçün etdiyiniz məşqlərin də çox faydası var
Basketbol oynamaq boyun uzanmasında ən təsirli faktorlar arasında iştirak etdiyi deyilsə də basketbolun boyun uzanmasına nə dərəcə təsir etdiyi ilə bağlı 100% təsdiq edilmiş bir dəlil yoxdur. D vitamini də boy uzanmasında kömək olur. D vitamini qəbul etdikdən sonra açıq havada oynayacağınız basketbol və tullanaraq edəcəyiniz məşqlər boyunuzun uzanmasında təsirli nəticələr verəcək.
Boyumu uzatmaq üçün nə etməliyəm?
Evdə hər gün nizamlı olaraq edəcəyiniz məşqlər arasında boy uzatmada ən əhəmiyyətlisi tullanma hərəkətini nizamlı olaraq etməkdir. Əsas olaraq mütəxəssislər bildirirlərki südü xüsusilə gecələri yatmazdan əvvəl içmək, sümüklərin daha da tez uzanmasını təmin edir.