Öd kisəsində daşlar BU SƏBƏBLƏRƏ GÖRƏ əmələ gəlir
Qaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda - öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur.
Öd həzm proseslərində iştirak edir, yağları parçalayır. Öd xolesterol, turşular, piqmentlər və fosfolipidlərdən ibarət olan duru maddədir. Bəs bu maddə necə daşlara çevrilir? Bunun bir neçə səbəbi var:
1. Qida qəbulları arasında uzun fasilələr
Öd kisəsini sağlam saxlamaq üçün gün ərzində 4-5 dəfə qida qəbul etmək lazımdır. Öd 12 barmaq bağırsağına burada qida kütləsi olduqda ifraz olunur. İnsan gün ərzində böyük fasilələrlə qida qəbul edirsə öd durğunlaşır, qatılaşır, öd kisəsində çöküntülər əmələ gəlir, daha sonra bu çöküntülər birləşir və daşlar əmələ gətirir.
2. Azhərəkətli həyat tərzi
Azhərəkətli həyat tərzi bütün orqanizm üçün ziyanlıdır. Bu zaman qan dövranı pisləşir ki, bu da orqanizmin müxtəlif orqan və sistemlərində durğunluq proseslərin və iltihabların inkişafına şərait yaradır.
3. Piylənmə
Piylənmə zamanı maddələr mübadiləsi prosesləri pozulur, bütün orqan və sistemlər yükləmələrlə şiləyir ki, nəticədə müxtəlif pozulma və xəstəliklərin və o cümlədən öd daşı xəstəliyinin riski artır.
4. Qadın cinsi
Öd daşı xəstəliyinə qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Bunun əsas səbəblərindən biri hamiləlikdir. Hamiləlik zamanı öd kisəsi uşaqlıq tərəfindən sıxılır, orqanizmin hormonal fonu kəskin dəyişilir ki, bu da öd kisəsində daşların əmələ gəlməsinə gətirib çıxarda bilər.
Doğuşdan sonra, klimaks zamanı qadın orqanizmində çox ciddi hormonal dəyişikliklər baş verir və bu dəyişikliklər də öd daşı xəstəliyinin inkişafına zamın yaradır.
Həmçinin hamiləlik əleyhinə həblərin qəbulu da öd kisəsində daşların əmələ gəlməsinin riskini artırır.
Bütün bunları nəzərə alaraq ingilis alim Diver keşmiş əsrdə öd daşı xəstəliyinə görə ən böyük riski olan insanı təsvir etmək üçün "5 F" qaydasını tərtib edib:
femina - qadın
fertale - doğmuş
forty - 40-yaşlı
fat - dolu
fair - sarışın
5. İrsiyyət
Bir çox digər xəstəliklər kimi öd daşı xəstəliyinin inkişafına irsiyyət təsir edə bilər.