01:15, 27 iyul 2022
Uşağın sağlamlığı

Uşaqlarda rast gəlinən qurd xəstəlikləri

 

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar.

Qurd xəstəliklərinə yoluxma yolları. Əsasən ağız yolu ilə yoluxan bu xəstəlikdə əllərin gigiyenası, dırnaqların təmizliyi, meyvə-tərəvəzin yuyulduqdan sonra qəbul edilməsi çox diqqət tələb edən nüanslardır. Uşaqların orqanizmində eyni zamanda, bir neçə növ helmintlər (qurdlar) parazitlik edə bilir.

Qurd xəstəliklərinin əlamətləri. Bu parazitlər uşaqların immunitetinin zəifləməsinə (uşaq demək olar ki, xəstəlikdən çıxmır, virus infeksiyalarına tez-tez yoluxur, badamcıqları böyüyür), allergiyalara (uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur), mədə-bağırsaq pozğunluqlarına (uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, iştahasızlıq, bəzi hallarda isə iştahanın artması da müşahidə olunur) və sinir sistemi pozğunluqlarına (orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur) səbəb olur.

Qurd xəstəliklərinin fəsadları. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir. Orqanizmdə olan yumurtalar təmizlənmədikdə onlar yenidən aktivləşir və qurd çoxala bilir.

Qurd xəstəliklərinin fərqli əlamətləri. Orqanizmdə çoxalan qurdların nematodozlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Enterebiozlar gecə vaxtı anus nahiyəsində qaşınma ilə müşahidə olunur. Enterobioz adlanan qurd immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsaq və sidik kanalı iltihabını törədə bilirlər. Hətta appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış ayılır. Bu zaman uşaqlar ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar qeyd olunur.

 

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Ağız qoxusunu aradan qaldırmanın yolları
Ağız qoxusunu aradan qaldırmanın yolları
12 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Südün inanılmaz FAYDALARI
Südün inanılmaz FAYDALARI
25 iyul 2022
Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?
Dırnaqları yemək vərdişi: Uşaqlar bunu necə tərgidə bilər?
12 iyul 2022
Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!
Hıçqırığınız heç nə ilə keçmirsə, diqqət!
19 iyul 2022
Uşaqları mövsümi infeksiyalardan necə qoruyaq? – Pediatrdan AÇIQLAMA
Uşaqları mövsümi infeksiyalardan necə qoruyaq? – Pediatrdan AÇIQLAMA
01 oktyabr 2022