Ağız qoxusunu aradan qaldırmanın yolları
Ağızda milyonlarla bakteriyalar var. İnsan orqanizmində olan hüceyrələrin sayından, ağızda olan bakteriyaların sayı daha çoxdur.
Normal insanın ağzında 700-dən çox bakteriya vardır.
Ağız təmiz saxlanarsa qoxu gəlmənin qarşısını almaq olar. Bunun üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:
1. Dişlər gün ərzində 2 dəfə yuyularsa bakteriyaların çoxalmasının qarşısını almaq olar.
2. Dişlərinizi yuduğunuz zaman dilinizin üstünü də yumağı unutmayın. Mütəxəssislər ağızda olan bakteriyaların çoxunun dilin arxa tərəfində, boğaza yaxın yerdə yerləşdiyini söyləyirlər.
3. Hər qida qəbulundan sonra ağzınızı,.boğazınızı yaxalasanız ağızdan qoxu gəlməz. Ağız boşluğu qida artıqlarının, bakteriyaların "ev sahibidir".
4. Tez-tez ağzınızı yaxalayın. Çalışın ağzınız sulu olsun, quru ağızda bakteriyalar daha tez çoxalır və ağzdan iy gəlir.
5. Yediklərinizə diqqət edin. Soğan, sarımsaq kimi iyli qidaların qəbulu ağızdan qoxu gəlməsinə səbəb ola bilir. Bu qidaları qəbul etdikdən sonra nanəyə güvənməyin.
6. Tərkibində turşu olan qidalar qəbul olunduqdan sonra mədədə pH balansının miqdarı dəyişdiyi üçün ağızdan iy gələ bilir. Bunun baş verməməsi üçün turşulu qidaların qəbulundan sonra ağızda bakteriyalar çoxaldığına görə, ağız mütləq yaxalanmalıdır.
7. Təbii vasitələrlə ağızdan qoxunu dəf eləməyə çalışın. Bunun üçün gün ərzində bir-neçə dəfə yaşıl çay için. Darçın çubuqlarının üstünə qaynar su töküb 15 dəqiqə dəmləyib içmək ağız qoxusunu aradan qaldırır. Dəm çaynikinin içərisinə 1 darçın çubuğu atmaqla da ağız qoxusunu aradan qaldırmaq mümkündür. Darçının tərkibində ağız qoxusunu aradan qaldıran yağlar var.
Kərəviz, reyhan, keşniş, nanə və dərəotunun da tərkibində həmin yağlardan olduğuna görə bu bitkilər ağız qoxusunu azatmaq qabiliyyətinə malikdirlər.
8. Çalışın vaxtaşırı diş həkiminə müraciət edin.