19:04, 12 iyul 2022
Xalq təbabəti

Limonun faydaları və ziyanı

 

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.

Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limonun tərkibi: Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır.

Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

Limonun immunitetə faydası

İki xörək qaşığı limon turşusunun tərkibində insanın sutkalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir.

Limonun faydalı təsirləri:

-Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır;

-Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır;

-Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;

-Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır;

-Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır;

-Dırnaqları ağardır və möhkəmləndirir;

-Qanın dövrünü və tərkibini yaxşılaşdırır;

-Saçların sağlamlaşdırılmasına kömək edir;

-Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır;

-Qan damarlarını xolesterindən təmizləyir;

-Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.

Limonun ziyanı

Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür.

Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:

-Mədəaltı vəzin fəaliyyətinin pozulması;

-Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;

-enterit, kolit və kəskin qastroenterokolit.

Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Südün inanılmaz FAYDALARI
Südün inanılmaz FAYDALARI
25 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir
Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir
15 iyul 2022
Yaddaşı necə gücləndirmək olar?
Yaddaşı necə gücləndirmək olar?
16 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
7 məhsullu sehi̇rli̇ i̇mmuni̇tet şərbəti̇
7 məhsullu sehi̇rli̇ i̇mmuni̇tet şərbəti̇
27 noyabr 2024
Qanazlığının əlamətləri
Qanazlığının əlamətləri
21 iyul 2022
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
27 sentyabr 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
19 iyul 2022
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası
01 oktyabr 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022