23:41, 08 dekabr 2024
Hamiləlik və doğuş

Yumurta hüceyrəsinin i̇nkişafı və ovulyasiya prosesi

 

Qadın yumurtalıqlarının qabıq qatında “yatmış” vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.

Aybaşı dövrünün (tsiklinin) 1-ci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunmağa başlayır. FSH-nun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə iki və ya üçü) inkişaf etməyə başlayır. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə onun diametri artıq 20 mm-ə çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur.

Aybaşı dövrünün ortasında hipofiz vəzidə LH - lyüteyinləşdirıcı hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması – ovulyasiya prosesi baş verir.

“Ovulyasiya” sözu latın dilində olan ovum - yumurta sözündən götürülmüşdür. Bəs ovulyasiya necə baş verir? Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun olçüsü get-gedə artdığı üçün yumurtalığın divarının dartılmasına səbəb olur. Aybaşı tsiklinin ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir.

Yumurta hüceyrəsi (oosit, latın dilində olan ovum - yumurta sözündəndir) insan orqanizmini təşkil edən əksər somatik hüceyrələrdən, ölçüsünün nisbətən böyüklüyü, xeyli miqdarda qida maddələri və fermentlərlə zəngin olması ilə fərqlənir. İnsan cinsi hüceyrələri (yumurta hüceyrəsi və spermatozoid) digər hüceyrələrdən daha bir xüsusi əlaməti ilə fərqlənir. Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən (dəri, əzələ, sümük, müxtəlif orqan hüceyrələri və s.) fərqli olaraq, yumurta hüceyrəsi və spermatozoidin daxilində yalnız 23 sayda xromosom olur.

Ovulyasiyadan sonra yumurtalıqda olan dağılmış follikul boşluğu qan və əmələ gəlmış yeni xüsusi hüceyrələrlə birlikdə yeni endokrin vəzi olan sarı cismi əmələ gətirir. Sarı cismin bu adı onun içərəsində olan sarı rəngli lyutein piqmentinə (luteus - latın dilində “sarı” deməkdir) görə verilmişdir. Yeni əmələ gələn sarı cisim progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) mayalanma baş verərsə yaranmış embrionu qəbul etməyə hazırlaşır. Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını qoruyur. Sarı cisim 10-14 gün ərzində mövcud olur və hamiləlik baş vermədiyi halda məhv olur. Hamiləlik baş verdikdə isə sarı cisim inkişaf edərək öz həcmini artıraraq hamiləliyin qorunması üçün xeyli miqdarda progesteron hormonu hazırlamağa başlayır.

Yumurta hüceyrəsi ovulyasiyadan sonra qarın boşluğuna düşdür. Burada Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz həkətləri ilə onu borunun ucundakı qıf hissəyə ötürür. Fallopi boruları içəri tərəfdən xovlarla zəngin olan selikli qişa ilə örtülmüşdür. Selikli qişada xüsusi sekret ifraz edən vəzilər də vardır. Uşaqlıq (Fallopi) borularının bu cür quruluşa malik olması yumurta hüceyrəsinin hərəkət etdirilməsinə köməklik göstərir (yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik olmur).

Ovulyasiyadan sonra uşaqlığın daxili qatı (endometrium) qalınlaşaraq mayalanma baş verdiyi halda əmələ gəlmiş olan embrionun ona mümkün ola biləcək bitişməsinə hazırlaşır. Mayalanma nəticəsində əmələ gələn embrion müvəffəqiyyətlə endometriyada ona aid olan hissəyə birləşmiş olarsa, endometrium doğuşa qədər olan müddət ərzində onun müdafiəsini, qidalanma və inkişafını təmin edir. Əks halda, endometriumun qalınlaşmış olan daxili qatı aralanaraq aybaşı zamanı uşaqlıqdan xaric olunur.

Ovulyasiyadan sonra yumurta hüceyrəsi 24 saat ərzində öz həyati qabiliyyətini saxlayır.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
07 dekabr 2024
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
07 dekabr 2024
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
07 dekabr 2024
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
04 dekabr 2024
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Hamiləliyin müddəti və əlamətləri
Hamiləliyin müddəti və əlamətləri
29 noyabr 2024
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Erkən klimaks və onun əlamətləri
Erkən klimaks və onun əlamətləri
21 iyul 2022
Körpələrdə sağlam bədən inkişafı
Körpələrdə sağlam bədən inkişafı
04 dekabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar
15 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022