13:39, 04 dekabr 2024
Uşağın sağlamlığı

Körpələrdə sağlam bədən inkişafı

 

Südəmərlik dövrü uşağın anadan olduğu dəqiqədən bir yaşı tamam olana qədər olan dövrdür. Həyatının ilk dörd həftəsində uşaq yenidoğulmuş sayılır.

Bu dövr üçün boy və çəkinin intensiv artması xarakterikdir.

Dölün yetkinliyi hamiləliyin 38-40-cı həftəsinə uyğun gəlir. Vaxtında doğulmuş uşaq təxminən 3,0 - 3,5 kq çəkiyə və 50-52 sm boya malik olur. Bədən çəkisi 2500-6000 q, boy göstəriciləri isə 47-57 sm arasında tərəddüd edə bilər. 

Uşaq doğularkən onun çəkisi 4500 qdan artıq olarsa, anaya gizli şəkərli diabeti aşkar etmək üçün müvafiq yoxlamadan keçməsi məsləhət görülür.

Doğulandan sonra ilk 3 gün ərzində uşaq bədən çəkisində 100-300 q itirir. Bu hal bağırsaqların və sidik kisəsinin boşalması və uşağın ac qalması ilə əlaqədardır. 4-5-ci günlərdən başlayaraq uşağın bədən çəkisi artmağa başlayır və doğum evindən evə yazılan zaman ilkin göstəricilərə çatır.


 

Uşağın normal bədən çəkisini hesablamaq üçün xüsusi formul mövcuddur. 1 ayından 6 ayına qədər uşağın ilkin bədən çəkisinin üzərinə ayların sayını 800-ə vurmaqla alınan nəticəni əlavə etmək lazımdır. Məsələn, uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 2 ayında onun bədən çəkisi 4600 q olmalıdır. 7 ayından 12 ayına qədər olan müddətdə isə ilkin çəki üzərinə 6-ya vurulmuş 800 q və ikinci yarımillikdə ayların sayına vurularaq 400 q əlavə olunur.

Uşaq 3000 q çəki ilə anadan olmuşdursa, 8 aylığında onun bədən çəkisi nə qədər olmalıdır? Səkkizinci ay ikinci yarımilliyin ikinci ayı olduğundan, 3000+(800x6)+(400x2)=3000+4800+800=8600 q.

Bir yaşına qədər uşağın boy, çəki və baş ölçüsü göstəriciləri ümumilikdə cədvəldəki göstəricilərə uyğun gəlməlidir. Bu uyğunluq təbii ki, hər zaman rast gəlinmir. Elə uşaqlar var ki, onların boy və çəki artımı il ərzində tarazlıqla artır. Bəzi uşaqlarda isə bu proses qeyri-mütəmadi baş verir, belə ki, ya çəki boya üstün gəlir, ya da əksinə. Bədən quruluşunun genetik xüsusiyyətlərindən də çox şey asılıdır. Həyatının birinci yarımilliyində artıq çəkiyə malik uşaqlar 7-8-ci aylardan sonra hərəkət aktivliyi üzündən çəkini itirirlər. Bu səbəbdən də boy və çəkidə kiçik uyğunsuzluqlar valideynləri narahat etməməlidir. Lakin az çəki və kiçik boy, eləcə də istənilən boyda həddən artıq çəki həkimə müraciət etmək üçün tam göstərişdir.

Uşağın boyunu ev şəraitində ölçmək üçün adi santimetrlik xətkeşdən istifadə edirlər. Uşağı masa üzərinə elə uzandırırlar ki, başın təpə hissəsi divara dirənsin. Bu sıfır bölgüsüdür. Sonra ehmalca, dizləri yüngül təkanlarla düzəldərək dabana dirənmiş xətkeş üzərində uzunluğu qeyd edirlər. Bütün bunları uşaq tox və yuxudan durandan sonra etmək daha məsləhətlidir. Çəkini müasir elektron tərəzilər vasitəsilə ölçürlər. Bunu səhər, körpəni yedizdirmədən qabaq etmək lazımdır.

Baş dairəsini ölçmək üçün santimetrlik xətkeşin bir ucunu arxadan ənsə qabarları üzərinə, o biri ucunu isə öndən qaşüstü qövslərin üzərindən aparıb hər iki ucu birləşdirirlər və alınmış nəticəni qeyd edirlər.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Hamiləliyin müddəti və əlamətləri
Hamiləliyin müddəti və əlamətləri
29 noyabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
16 iyul 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Kontakt linzaları haqqında bilmədikləriniz faktlar
Kontakt linzaları haqqında bilmədikləriniz faktlar
24 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Erkən klimaks və onun əlamətləri
Erkən klimaks və onun əlamətləri
21 iyul 2022