18:03, 02 mart 2025
Faydalı məlumatlar

Bağırsaq xərçəngi nədir? risk amilləri

 

Mart ayı Qalın Bağırsaq xərçəngindən qorunma- marifləndirmə ayıdır.

Bildiiyimiz kimi əksər xərçəng növləri kimi qalın bağırsaq xərçəngi də son dövrlərdə ''cavanlaşmış'' xəstəlilərdən sayılır.


Əgər əvvəlki illərdə xərçəng daha çox yaşlı nəslin xəstəliyi sayılırdısa indi təssüflər olsun ki, artıq belə deyil. Gündəlik praktikamızda kifayət qədər gənc insanlarda bu diaqnoza rast gəlmək mümkündür.


 Məhz bu tendensiyanın qarşısını almaq məqsədilə 2000-ci ildən bəri bütün dünyada mart ayı Qalın bağırsaq xərçəngindən qorunma və marifləndirmə ayı kimi qeyd edilir. Burda hədəf bu xəstəliyin önlənməsi, insanların qabaqcıl tədbirlərdən xəbərdar olması və diaqnoz üçün gecikməməsidir.


Statistikaya görə qalıın bağırsaq xərçəngi bütün xərçəng növləri arasında həm qadınlarda həm də kişilərdə 3-cü sıradadır, eyni zamanda xərçəngə bağlı ölüm hallarında daqalın bağırsaq xərçəngi bütün növlər arasında 3-cü yerdədir. Bu qədər sıx rast gəlinən xəstəlikdən qorunma və qarşısını alma tədbirlərindən hər birimiz xəbərdar olmalı və yaxınlarımızı da bu bəladan qorumalıyıq.

 

Bağırsaq Xərçəngi üçün kimlər risk altındadır?

Qalın bağırsaq xərçəngi risk faktorları dəyişdirilə bilən və dəyişdirilə bilməyən olaraq iki yerə ayrılır. 

Dəyişdirilə bilən risk faktorları arasında olan 

  1. artıq çəki və ya piylənmə,
  2. fiziki fəaliyyətin olmaması,
  3. qırmızı ət və işlənmiş ət və karbohidratlarla zəngin qidalanma,
  4. siqaret və spirt istifadəsi kolon xərçəngi riskini artırır

Riski azaldan dəyişdirilə bilən faktorlardan isə ;

Lifli qidalar və A, C, E vitaminləri yemək qoruyucu təsirləri ilə kolon xərçənginin inkişafını azaldır. 

Dəyişdirilə bilməyən risk faktorlarına

  1. Yaş faktoru,
  2. ailədə kolorektal polip və ya xərçəng olmuş olması,
  3. iltihablı bağırsaq xəstəliyi (ülseratif kolit və ya Crohn),
  4. Linç və ya ailəvi adenomatoz polip kimi irsi xərçəng sindromları,
  5. Şərqi Avropa mənşəli Aşkenazi yəhudiləri kimi müəyyən etnik qruplar
  6. II tip diabet kimi kolon xərçənginin inkişafını artırır.


Bağırsaq Xərçənginin qarşısını almaq mümkündürmü?

Bir çox hallarda BƏLİ!!!

Əvvəlcə yuxarıda sadalanan risk faktorlarını gündəlik həyat tərzimizdə nəzərə almaq mütləqdir.

ƏN əsası isə qalın bağırsaq xərçənginin  təxminən 90%-i daha əvəvl var olan bağırsaq poliplərindən əmələ gəlir. Polipin isə xərçəngə çevrilməsi üçün 10-15 il vaxt tələb olunur. 

Beləliklə vaxtında aşkarlanıb çıxarılan qalın bağırsaq polipləri 90 % səbəbin aradan qalxmasına və insanlarda 10-15 ildən sonra xərçəng əmələ gəlməsinin qarşısını almış olur.

45 yaşından sonra mütəmadi etdirməli olduğunuz kolonoskopiya (bağırsağa "şlankla" baxılması) sizdə əmələ gəlmiş popiplərin xərçəngə çevrilmədən aşkarlanasına və çıxarılmasına səbəb olacaqdır.

Yüksək riskli insanlarda kolonoskopoiya müayinəsi daha tez başlanılmalıdır.


 

Bağırsaq Xərçənginin əlamətləri nələrdir ?

Kolon xərçənginin ən çox görülən simptomları ishal və ya qəbizlik və nəcisdə qan kimi bağırsaq vərdişlərindəki dəyişikliklərdir. 

Qarın ağrısı, səbəbsiz kilo itkisi və ya daimi yorğunluq da hiss edilə bilər. Qarın ağrısı və kilo itkisi adətən gec dövrdə baş verən simptomlardır.

Unudulmamalıdır ki, bir çox digər sağlamlıq problemləri də eyni simptomlara səbəb ola bilər.

Xüsusilə arıq insanlarda qarın sağ nahiyəsində qabarıq kütlə hiss oluna bilər.


Dr. Mahmud Mahmudov

Tel:  050 403 12 12

Wp: 050 704 12 12

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
07 dekabr 2024
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
08 dekabr 2024
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
07 dekabr 2024
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Çaytikanı yağı sağlamlıq üçün şəfalı xüsusiyyətləri
Çaytikanı yağı sağlamlıq üçün şəfalı xüsusiyyətləri
07 dekabr 2024
Səhiyyə Nazirliyindən koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ
Səhiyyə Nazirliyindən koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ
15 iyul 2022
Zehninizi rahatlatmaq üçün çuğundurdan necə i̇stifadə etmək olar?
Zehninizi rahatlatmaq üçün çuğundurdan necə i̇stifadə etmək olar?
03 dekabr 2024
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022