Xərçənglə mübarizədə yeni dövr: Peyvəndin tətbiqinə start verildi
Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Qintsburq xərçənglə mübarizə üçün yeni dərman vasitəsinin istifadəsi nəticəsində,
şişlərin və metastazların tamamilə yoxa çıxmasının mümkünlüyünü açıqlayıb.
Qintsburqun sözlərinə görə, dərman hazırda melanomanın, yəni ölüm riski ən yüksək olan dəri xərçənginin müalicəsi üçün sınaqlardan keçirilir.
“Sınaqlar zamanı biz, bu peyvəndin şişi, melanomanı, həmçinin metastazları necə tamamilə aradan qaldırdığını müşahidə edirik.
Bu dərmanla hətta xəstəliyin 4-cü mərhələsində olan pasiyentlərə də kömək edə biləcəyik” deyə o bildirib.
Mərkəzin direktoru onu da əlavə edib ki, dərmanın effektivliyi ağciyər, böyrək və mədəaltı vəzi xərçənginin müalicəsində də yoxlanılacaq. Hər bir xəstə üçün fərdi vaksinlərin yaradılması planlaşdırılır. Sınaqlara isə, onkologiya institutlarının mütəxəssisləri cəlb olunacaq, eyə Aleksandr Qintsburq vurğulayıb.