00:36, 31 yanvar 2025
Klinikalar

Mərkəzi Gömrük Hospitalı

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başladı. 

 

Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu Hospitalda gömrük əməkdaşlarının və əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılmışdır. 


Hospitaldakı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hospitalda Azərbaycanda ilk dəfə olaraq müasir xüsusi havalandırma sistemi tətbiq olunmuşdur, pnevmatik ötürücü sistem quraşdırılmışdır. Yeni tibb ocağı üçün “Mercedes” markalı 5 reanimobil və səyyar hospital alınmışdır.


Mərkəzi Hospitalın qabaqcıl avadanlıqlarla təchiz olunması ilk növbədə gömrük əməkdaşlarına, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədini daşıyırdı. Eyni zamanda bu, səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq bir nümunəsi olmuşdur.

        
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmişdir.

 
15 ildən çoxdur ki,  Hospitalımız ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda Hospitalda 2 əməkdar həkim, 4 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 2 doktorant və Türkiyədə uzmanlıq təhsili almış 15 həkim öz şərəfli peşə borcunu layiqincə yerinə yetirirək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər. 


Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Mərkəzi Gömrük Hospitalı, Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işlərini aparır. Modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, innovativ avadanlıqlar alınır, xidmət sahələri genişlənir, yeni peşəkar kadrlar yetişdirilir.

 

2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Hospitalın həyatında ilk dəfə olaraq həkim-rezidentlər üçün təlim proqramı təşkil edilib.

 

Hospitalda pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və online xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid Çağrı Mərkəzi tərəfindən qəbul edilir, hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərilir.


Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır.

 

16 il keçməsinə baxmayaraq, kollektivimiz Cənab Prezidentin etimadını doğrultmaq üçün öz səylərini eyni ilə bu gün də davam etdirir.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
07 dekabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Toğrul Ömərov
Toğrul Ömərov
30 oktyabr 2022
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
08 dekabr 2024
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
07 dekabr 2024
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Günay Rəsulova
Günay Rəsulova
01 avqust 2022
Səhiyyə Nazirliyindən koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ
Səhiyyə Nazirliyindən koronavirusla bağlı əhaliyə ÇAĞIRIŞ
15 iyul 2022
Zehninizi rahatlatmaq üçün çuğundurdan necə i̇stifadə etmək olar?
Zehninizi rahatlatmaq üçün çuğundurdan necə i̇stifadə etmək olar?
03 dekabr 2024
Hamiləliyin müddəti və əlamətləri
Hamiləliyin müddəti və əlamətləri
29 noyabr 2024
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
07 dekabr 2024
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023