Mədə ağrılarının səbəbləri
Hər birimiz ömrümüzdə bir dəfədə olsa mədə ağrısı keçirtmişik. Amma qarında olan hər ağrı mədə ağrısı deyil.
Əgər bu mədə ağrısıdırsa mədədə iltihab nəticəsində, mədə yaxşı işləmirsə mədədəki gərginlikdən, mədə əzələlərinin düzənsiz yığılmalarından ağrı yarana bilər.
Mədə ağrıları nədən yaranır?
1. Reflü problemi-bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;
2. Laktozaya dözümsüzlük: Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;
3. Bəzi dərmanların əlavə təsirlərindən mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;
4. Glütenə dözümsüzlük: Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
5. Stres;
6. Endometriyoz;
7. Tiroid problemləri;
8. Parazitlər;
9. Apendisit.
immunitet.az