Ürək xəstəliyi olan hamilə qadın nələrə diqqət etməlidir?
Hamiləlik dövründə xüsusilə hamiləliyin son 3 ayında hamiləliklə bağlı ürək əlamətləri özünü daha qabarıq göstərə bilər. Bu səbəbdən hamiləlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya ürək döyüntüsü kimi şikayətlər olduqda pasiyent bunu mütləq həkiminə bildirməlidir.
Artıq çəkidən qaçmaq, qidalanmaya fikir vermək lazımdır.
Bəzi ürək dərmanları hamiləlik dövründə istifadə edilə bilər, lakin bəziləri körpəyə mənfi təsir göstərə biləcəyi üçün istifadə edilməməlidir. Ancaq xəstənin bunları tək başına bilməsi mümkün olmadığı üçün dərman istifadə edən ürək xəstəliyi olan qadınlar hansı dərmanı istifadə edib, hansını dayandırmalı olduqlarını həkimləri ilə birlikdə planlaşdırıb qərar verməlidirlər
Anadangəlmə ürək xəstəliyi olan, xüsusən də siyanotik (qanda aşağı oksigen konsentrasiyası) olan anaların körpələrində inkişaf ləngiməsi və hətta aşağı düşmələr müşahidə oluna bilər. Analarında ürək xəstəliyi olan körpələrdə ürək xəstəliyinə tutulma halları normadan 4-6% çoxdur. Hamiləlik irəlilədikcə ananın dövran edən qan həcmi tədricən artır və ürəyə əlavə bir yük düşür. Pəhrizdə həm porsiyaların ölçüsünə (ümumi kalorili qəbul), həm də pəhrizin məzmununa diqqət yetirmək, məsələn, həddindən artıq duzlu qidalardan qaçmaq tövsiyə olunur, çünki əlavə çəki bu yükü daha da artıra bilər. Hamiləlik dövründə müntəzəm gəzintilər kimi müvafiq məşqlərin yerinə yetirilməsi fiziki vəziyyətdə düşmə ehtimalını azaldır və anaya hamiləlik yükünün öhdəsindən daha yaxşı gəlməyə kömək edir.