23:54, 09 dekabr 2024
Faydalı məlumatlar

"Yod Setka" - Sınanmış və Effektiv Müalicəvi Metod

 

Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur.

Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.

Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər.

Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.

Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.

Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!

Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:

- osteoxondroz (boyun və bel ağrıları zamanı)

- lyumbaqo (bel ağrıları)

- işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)

- nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)

- soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit

- mialgiyalar (əzələ ağrıları)

- hematomalar

- bağların dartılması

- oynaqlarda ağrılar

- əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.

Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi).


 

Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə.

Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin.

Diqqət!

- Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər.

- Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)
07 dekabr 2024
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Çaytikanı yağı sağlamlıq üçün şəfalı xüsusiyyətləri
Çaytikanı yağı sağlamlıq üçün şəfalı xüsusiyyətləri
07 dekabr 2024
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
Hamiləlikdə ağrılar: əsas səbəblər və çözüm yolları
07 dekabr 2024
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
Xora xəstəliyinin xalq təbabəti üsulları ilə müalicəsi
30 iyul 2022
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
Spermoqramma: kişi sağlamlığının dəyərləndirilməsi üçün ən vacib analiz
08 dekabr 2024
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
12 iyul 2022
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
Anju nədir? Stent necə qoyulur? - MÜDDƏTİ
04 aprel 2023
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
"Spiral" haqqında sizi təəccübləndirəcək məlumatlar
04 dekabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
Ürəkbulanma hansı xəstəliklərin əlaməti ola bilər?
30 iyul 2022
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
07 dekabr 2024
Kontakt linzaları haqqında bilmədikləriniz faktlar
Kontakt linzaları haqqında bilmədikləriniz faktlar
24 iyul 2022