Təngnəfəslik: Səbəbləri, Əlamətləri və Mümkün Mualicə Yolları
Adamların çoxuna əziyyət verən, onları narahat edən astma və bronxit xəstəliklərinin fəsadı olan təngnəfəslikdir. Bu xəstəliyin müalicəsində bir çox xalq təbabəti metodlarından istifadə edilir.
1. Tozağacının tumurcuqlarını yığıb qurudur və onu döyüb toz halına salırlar. Ondan bir xörək qaşığı götürərək bir stəkan qaynar suda dəmləyib, gündə 3 dəfə yarım stəkan içirlər. Bu, təngnəfəsliyi azaldır.
2. Təngnəfəsliyin müalicəsində ara həkimləri bu qarışıqdan istifadə edirlər: andızın kökünü və bağayarpağının yarpağını xırdalayıb döyürlər. Eyni miqdarda olan bu qarışığa zəncəfil və bal qarışdırırlar. Bundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyirlər. 8-10 günlük müalicə nəticəsində təngnəfəslik azalır.
3. Bir litr keçi südünə bir çay qaşığı zəfəran qatıb az odda qaynadırlar. Ondan gündə 3 dəfə yeməkdən qabaq 1 stəkan içirlər. Bu üsul təngnəfəsliyin müalicəsinə müsbət təsir göstərir. Müalicə müddəti xəstənin vəziyyətindən asılıdır.
4. Tibet xalq təbabətçiləri təngnəfəsliyin müalicəsində çox sadə bir üsuldan istifadə edirlər. Onlar bu xəstəliyi sağaltmaq üçün hər gün təzə isti suyu çay kimi qurtum qurtum içməyi tövsiyyə edirlər.
5. Təngnəfəsliyin müalicəsində istifadə olunan ən asan üsullardan biri də yarpızla əncir yeməkdir. Qış aylarında isə qurumuş yarpızdan çay dəmləyir və onu gündə 1 neçə dəfə qurudulmuş əncirlə, yaxud əncir mürəbbəsi ilə içirlər. Səhərlər və axşamlar qaynadılmış acı paxla yemək təngnəfəslik üçün xeyirlidir.
6. Baldırğanı çay kimi dəmləyib gündə 1 neçə dəfə içirlər. Bu təngnəfəsliyi aradan qaldırır.
Yazar: Qurbanova Aynur