Böyrək xəstəlikləri
Xalq təbabətində böyrək xəstəliklərinə aid çoxlu miqdarda müalicə vasitələri, məsləhətlər və reseptlər vardır. Onlardan bəzilərini istifadə etmək üçün sizə təqdim edirik.
1. Keçmiş türkəçarəçilər hər səhər bir xörək qaşığı zeytun yağı içməyi məsləhət bilirlər. O, böyrəkləri sağlamlaşdırır və möhkəmləndirir.
2. Böyrək damarlarını təmizləmək və onun fəaliyyətini artırmaq üçün cirəni qaynadıb içmək lazımdır. 20 qram cirəni 1 stəkan suya töküb qaynadır və süzürlər. Yeməkdən sonra ondan 1 stəkan içmək məsləhət görülür.
3. Fıstıq ağacının qabığını soyub yandırmaq və onu külünü(1 xörək qaşığı bir stəkana) suya qatıb içmək böyrək daşlarının xırdalanmasına kömək edir.
4. Yarpız digər xəstəliklərdə olduğu kimi böyrək ağrılarına da kömək edir. Onun qurudulmuş yarpaqlarından 20 qram götürüb 1 stəkan qaynar suda 15-20 dəqiqə dəmləyib, süzüb gündə bir neçə dəfə çay kimi içmək böyrək ağrılarını sakitləşdirir.
5. Böyrəyə duz qum yığılmasının qarşısını almaq üçün 300 qram kök şirəsini, 300 qram xiyar suyunu, 100 qram çuğundur şirəsini bir-birinə qatıb fasilə ilə 2 saat ərzində içmək lazımdır. Bu müalicə gündə 1 dəfə 1 həftə aparılmalıdır. Müalicə profilaktik məqsədlə aparılır.
Qurbanova Aynur